“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

“İstanbul Meyhane Bilgəh”dən narazılıq - Əlavə pullar alınır (FOTO)

Tarix 01.07.24, 13:22

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarətin hansı səviyyədə olmasını ortaya qoyan faktlar hər gün üzə çıxır. Vətəndaş Rasim Tağızadənin Bilgəh qəsəbəsində yerləşən “İstanbul Meyhane Bilgəh” restoranında başına gələnlər də bu sahədə durumun, əslində, ürəkaçan olmadığını ortaya qoyur.

Rasim Tağızadə musavat.com-a göndərdiyi müraciətində yazır ki, iyunun 29-da 8 nəfərlik bir dost-qohum kollektivi ilə əylənmək və gözəl vaxt keçirmək niyyəti Bilgəh qəsəbəsindəki həmin restorana üz tutublar:

“Lakin əyləncəmiz günün sonunda restoran rəhbərliyinin təqdim etdiyi hesabla korlandı. Belə ki, restoran tərəfindən təqdim edilən hesabda, əsası və mənşəyi bilinməyən 40 manatlıq “Extra depizot” - bu nədirsə yeni məsələdir  və 70.32 manatlıq “Service Charge”, yəni “Servis haqqı” ödənişi öz əksini tapıb. Bu yeni olan “Extra depozit”ə və “Servis haqqı”na etiraz etsək də, restoran rəhbərliyi bu etiraza əhəmiyyət verməməklə “bizdə qaydalar belədir, hara istəyirsiniz şikayət edin” klassik cavabla ödənişi tələb etdilər. Üstəlik tələb etsək də, qanunla nəzərdə tutulan kassa çeki də təqdim edilmədi. Restoran tərəfindən yalnız “Qostevoy şot” adlı sifarişi əks etdirən proqram təminatlı cihazdan qəbz verildi”.

Vətəndaş Rasim Tağızadə hesab edir ki, bu cür xoşagəlməz hərəkətlər həm ölkəmizin qüvvədə olan qanunlarına, həm də müştərilərə açıqca hörmətsizlikdir: “Bu məsələ araşdırılmalıdır və qanunda nəzərə tutulan tədbirlər görülməlidir. Bu hallarla bağlı aidiyyəti üzrə dövlət orqanlarına da, müraciət ünvanlamışıq. Bilgəhdə həmin restorana gedəcək olan müştərilərə bu tip “Servis haqqı” adı altında əlavə ödənişlər tələbinə məruz qalmamaları üçün özləri ilə plastik boşqab, stəkan, çəngəl, qaşıq və bıçaq götürmələrini, eləcə də restoranın mətbəxindən onların sifariş etdikləri yeməkləri və içəcəkləri gətirməsi üçün özləri ilə ofisinat əvəzi əlavə bir şəxs də aparmalarını tövsiyyə edirəm. Axı “İstanbul Meyhane Bilgəh” restoranında bu xidmətlər pulludur”.

Qarşı tərəfi də dinləməyə hazırıq.






Xəbərin oxunma sayı : 547




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap