Damla İranda hicabsız konsert verdi, zal bağlandı - VİDEO Çimnaz çılpaq şəkillərini satışa çıxardı - FOTO Aygün Kazımovadan cazibədar - Fotolar Xanəndə yeni eşq yaşamağa başlayıb? - FOTO
Axtar
 
  • / Maqazin / — 02 İyul 2024

    Damla İranda hicabsız konsert verdi, zal bağlandı - VİDEO

  • / Maqazin / — 26 İyun 2024

    Çimnaz çılpaq şəkillərini satışa çıxardı - FOTO

  • / Maqazin / — 25 İyun 2024

    Aygün Kazımovadan cazibədar - Fotolar

  • / Maqazin / — 19 İyun 2024

    Xanəndə yeni eşq yaşamağa başlayıb? - FOTO

  • / Maqazin / — 18 İyun 2024

    Məşhurlarımız özlərinə hansı biznesi qurublar? - SİYAHI

  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

Pensiya artımları kimlərə şamil olunacaq? - İqtisadçı açıqladı

Tarix 03.07.24, 12:54

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti "Əmək pensiyaları haqqında" qanuna dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərdə mühüm məqamlardan biri də keçmiş hərbi qulluqçularla bağlıdır. Belə ki, qanuna edilən dəyişikliyin bir istiqaməti də hərbi xidmət dövründə əlilliyi olan keçmiş hərbi qulluqçularla əlaqədardır.

Dəyişiklikləri şərh edən iqtisadçı Vüqar Bayramov bildirir ki, hazırda onlara təminat xərclərinin 60 faizi məbləğində pensiya təyin olunur. 

Onun sözlərinə görə, yeni dəyişiklik həmin faizin dəyişdirilməsini və 10 faiz artırılmasını nəzərdə tutur: "İndi bu həmin vətəndaşlar təminat xərclərinin 60 deyil, 70 faiz həcmində pensiya ala biləcəklər. Bu isə onların pensiya məbləğlərinin artmasına gətirib çıxaracaq. Digər əlavələri də nəzərə alsaq bu həmin vətəndaşlarımızın pensiyalarında daha yüksək artımlara səbəb olacaq".

İqtisadçı hesab edir ki, yeni dəyişiklik pro-aktiv, yəni elektron pensiya təminatını da gücləndirəcək: "Belə ki, əmək pensiyasında təyinat zamanı vətəndaşlarımız üçün pensiya seçimində daha yüksək məbləğə avtomatik üstünlük veriləcək. Bu isə proseduralardan keçmədən, qısa zamanda pensiya təminatına imkan yaradacaq".



Xəbərin oxunma sayı : 613




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap