“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Münasibətlərimizdə bir az soyuqluq var idi, yenidən birləşdirdilər...“ - Namiq

Tarix 30.06.24, 23:56

Font ölçüsü : - / +
bitmap-img6


"Münasibətlərimizdə bir az soyuqluq var idi, yenidən birləşdirdilər..." - Namiq"Bizim səhnədə duet oxuyan zaman videolarımız sosial şəbəkələrdə çox paylaşılır. Hərdən Aygün xanımla zarafatlar edirik. Misal üçün, o çalışır ki, mikrofonu əlimdən alsın və sairə".

AzFakt.com axşam.az-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "Sözbaz" verilişinə açıqlamasında deyib. İfaçı Xalq artisti Aygün Kazımova ilə duetlərindən danışıb. O bildirib ki, məclislərdə birlikdə çıxış etdikləri anların görüntüsü sosial şəbəkələrdə viral olur:

"Soruşurlar ki, Aygün xanım niyə belə edir? Ona görə edir ki, sizə maraqlı olsun. Bizim səhnədəki hər bir hərəkətimiz tamaşaçıya maraqlıdır. Onlar bu videolara baxıb, "düzüb-qoşurlar". Doğrudan da, bunlar bizim üçün xoşdur. Əlbəttə ki, bizim duetlərimizin bu qədər tələbatlı olması mənim üçün çox xoş bir haldır. Bu duetləri oxumaq öncədən Aygün xanımın ideyası olub. Görünür ki, bu duet ideyası da özünü doğruldub.

Mənim bu yola imza atmağım böyük tənqidlərə və şoklara səbəb olmuşdu. Amma bilirdik ki, bu, yaxşı işdir. Bizdə tərsinə oldu, səs-küy yarandı, tələbat oldu, ondan sonra biz Aygün xanımla yenidən duetlər oxumağa başladıq. Bizim münasibətlərimizdə bir az soyuqluq var idi, hərəmizin öz işi-gücü... Tamaşaçılar sanki özləri bizi yenidən birləşdirdilər ki, yenidən oxumalısınız".



Xəbərin oxunma sayı : 1666




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap