![]() |
|














Türkiyə ətrafında “böyük geosiyasi oyun”:Liviyadan Kiprə qədər eyni ssenarinin gizlinləri
Tarix 31.07.19, 22:26 |
|

Yaxın Şərqdə gərginliyin geniş miqyas alması bir neçə səbəblə izah edilir.
Onların bütövlükdə regionu çox mürəkkəb, xaotik bir situasiyaya ata biləcəyi barədə proqnozlar səsləndirilir. Maraqlıdır ki, burada Türkiyəyə bir neçə istiqamətdən edilən təzyiqlərin arxasında eyni dairələr dayanır. Liviya, Aralıq dənizi, Kipr, Suriya, İraq həmin bucaq altında bir-birindən ayrı problemlər kimi görünmür. Onların hamısında Türkiyə üçün təhdid elementləri mövcuddur. Türkiyənin regional böyük dövlət kimi inkişafının qarşısını almaq, geosiyasi müstəvidə təkləmək kimi bir gizli məqsədin olduğu duyulur. Eyni zamanda, Qərbin iri enerji şirkətlərinin yeni mənbələr, yeni məkanlar və enerji ehtiyatları uğrunda gərgin mübarizəyə başladıqları aydın olur. Bunlarla yanaşı, Türkiyənin daxilində baş qaldırmış bir sıra müxalif siyasi qüvvələrin məhz son dövrlərdə fəallaşmasının səbəblərini müəyyən etmək mümkündür. Belə görünür ki, onlar da eyni mərkəzdən idarə olunurlar. Bu cür gərgin mübarizə şəraitində Türkiyənin geosiyasi gələcəyi üzərində geniş düşünməyə ehtiyac görürük.
Liviya: Haftara verilən göstərişlərin təhlükəli məqamları
Türkiyənin geosiyasi nüfuzu daha da yüksəldikcə onun ətrafında müəyyən oyunlar qurulur. Öncələr də belə bir proses gedirdi. Lakin indi Ankara geniş bir geosiyasi məkanda öz müstəqil iradəsini daha qətiyyətlə ortaya qoyur. Bir sıra dairələr isə bununla barışmaq istəmir. Bu səbəbdən də son dövrlərdə həm ölkə daxilində, həm də xaricdə düşündürücü hadisələr baş verir. Onların coğrafiyası çox genişdir və aralarındakı bağlantıları görmək asan məsələ deyil.
Türkiyəyə qarşı Liviyada feldmarşal Xəlifə Haftarın müharibə elan etdiyi barədə mətbuat geniş yazır. X.Haftar Amerika və Fransaya yaxın adam sayılır. Uzun müddət ABŞ-da yaşayıb və MKİ ilə əməkdaşlıq etdiyi haqqında informasiyalar mövcuddur. Hazırda onun tabeliyində 37 min döyüşçü olduğu deyilir. X.Haftar Liviyanın beynəlxalq aləmdə tanınmış hakimiyyətinə müxalifdir. O, bir neçə ay əvvəl paytaxt Tripolini tutmaq üçün çalışmağa başlayıb. Lakin son günlərdə Tripoliyə sadiq qüvvələr X.Haftarın Giryan şəhərindəki mövqelərini darmadağın edib və hətta onun əsas qərargahını belə dağıdıb. Ekspertlərə görə, bununla da feldmarşalın paytaxtı tutmaq planları iflasa uğrayıb. Onun özünə gəlməsinin çətin olacağını proqnozlaşdırırlar.
Ancaq bu proseslərdən qəribə bir sonuc da ortaya çıxdı. Giryanın itirilməsində X.Haftar Ankaranı günahlandırdı. “Çılğın türklər”, sən demə, Liviyada rəsmi orduya yardım edib, gənclərə təlim keçib və onlar da X.Haftarın ordusunu qaçmağa məcbur ediblər. Hətta haftarçılar ağır silahları qoyub qaçıblarmış. Bundan qəzəblənən X.Haftar bəyan etdi ki, Liviyadakı bütün türklər hədəfdədir. 6 nəfər türk dənizçini həbs etdilər. Ankara çox sərt reaksiya verərək X.Haftara girovları azad etməsi üçün 72 saat vaxt verdi. 48 saata X.Haftar türkləri azadlığa buraxdı. Məsələ bununla bitmir. Ekspertlər bütün bunların, əslində, prinsipial geosiyasi əhəmiyyət daşıyan prosesin yalnız görünən fraqmenti olduğunu bildirirlər.
Belə ki, əsas hədəf Aralıq dənizidir. Liviya isə buraya açılan strateji qapıdır. Liviyada yeri olmayan gücün Aralıq dənizində də yeri yoxdur. Təbii ki, Türkiyə region dövləti kimi Aralıq dənizində söz sahibi olmağa can ata bilər. Deməli, Liviyada baş verənlərin dolayısı ilə Türkiyəyə də aidiyyəti var. Orada isə Qərb və Yaxın Şərqin ABŞ-ın təsiri altında olan bir sıra ölkələri öz oyunlarını aparmağa çalışırlar. Bununla da iki böyük güc (Qərb və Türkiyə) Liviyada qarşı-qarşıya durmuş olurlar.
Hələlik Türkiyə üstün görünür. Liviyada X.Haftara endirilən güclü zərbə əks tərəfi çaş-baş salıb. Lakin onlar sakit dayanmır, feldmarşal X.Haftarın dili ilə zaman-zaman təhdidlər yağdırırlar. Ankara da təmkinlə onların hamısına cavab verir. Eyni zamanda, digər iki istiqamətdə də Türkiyə üçün problemlər yaratmağa çalışırlar. Onlardan əsası Kipr ətrafında baş verənlərdir.
Daha böyük plan: regionda risklərin artan dinamikası
Hələ bir neçə ay öncə ABŞ başda olmaq üzrə onun bir sıra tərəfdarları Kiprin yunan hissəsinin sularında enerji axtarışlarına başladılar. Bu zaman Türkiyə adanın türk kəsiminin marağının ödənməsi şərtini qoydu. Cavab isə nəinki müsbət olmadı, hətta Türkiyəyə qarşı bəzi müsəlman ölkələrin də daxil olduğu qrup yaratdılar. Həmin qrupda İsrail, Misir, Səudiyyə Ərəbistanı, Yunanıstan və başqaları vardır.
Ankara bu addıma da tutarlı cavab verdi. İndi Türkiyənin iki kəşfiyyat gəmisi Kiprin türk hissəsinin sularında neft-qaz axtarışını aparır. Bu, Qərbi çox hiddətləndirdi. Hətta Avropa İttifaqı işə qarışdı və Türkiyəyə xəbərdarlıq etdi. Buna cavab olaraq Ankara “gedin işinizlə məşğul olun!” məzmununda qısa və konkret cavab verdi. Aİ də daxil olmaqla, yunanların havadarları şoka düşdülər.
Rum kəsimi yenə Brüsselə şikayətləndi, son olaraq oradan sanksiya təhdidi gəldi. Lakin bunun da Ankaraya təsiri yoxdur. İndi Qərb mediası bir sıra hallarda radikal fikirlərlə dolu yazılar dərc edir. Onların başlıca məzmunu belədir: əgər Türkiyə Kipr sularında enerjidaşıyıcıları axtarışlarını davam etdirəcəksə, Kipri itirəcək.
Təbii ki, belə demək asandır, lakin türk ordusu ilə üz-üzə gəlmək çox risklidir. Bunu Ankara bir daha xatırladıb. Hələlik qarşı tərəf sükut edir. Lakin problemin geosiyasi miqyası kifayət qədər genişdir. Məqsəd Aralıq dənizinin enerji ehtiyatlarına Amerikanın nəzarətini təmin etməkdən ibarətdir. Liviya məsələsi ilə Kipr ətrafında baş verənlər arasında “yeraltı” əlaqə buradan aydın olur. O cümlədən Kiprin türklər yaşayan hissəsinə naməlum mənbədən raket atılması təsadüfi görünmür. Bununla sanki Türkiyəyə mesaj verildi ki, Suriyadan sonra Liviya problemə çevrilə bilər. Deməli, faktiki olaraq, Yaxın Şərq ətrafında geosiyasi oyunlar yeni çalarlar kəsb etməkdədir.
Həm də problemin başqa bir tərəfi Suriya ilə bağlıdır. Konkret olaraq, İdlibdə Türkiyə üçün yeni çətinliklər yaratmağa çalışanlar vardır. Türk ordusunun sərt təpkisi nəticəsində bu istiqamətdə də düşmənlər uğur qazana bilmirlər. Avqustun axırında Rusiya-Türkiyə-İran sammiti olacaq. Orada İdlib məsələsi və bütövlükdə regiondakı geosiyasi vəziyyət müzakirə edilməlidir. Bununla bərabər, Türkiyə, Fransa, Rusiya və Almaniya dövlət başçılarının növbəti görüşü keçirilməlidir. Bu da çox mühüm formatdır və uğur qazanılması ehtimalı vardır.
Bu informasiyalardan görünür ki, artıq Yaxın Şərqdə bütün böyük qüvvələr Türkiyə ilə işləməyə məcburdurlar. Regionun prinsipial geosiyasi problemlərində Ankaranın iştirakı xüsusi əhəmiyyət kəsb edir. Bu da təbii olaraq Türkiyəni regionun lideri statusuna gətirir və onun qlobal geosiyasi oyunçu kimi qəbul edilməsini şərtləndirir. Belə bir vəziyyət həm də Yaxın Şərqdə birincilik uğrunda mübarizəyə də əlavə intensivlik və gərginlik verir. Həmin gedişatın başqa bir əlamətini də ekspertlər qeyd edirlər.
Söhbət son zamanlar Türkiyədə bəzi siyasi qüvvələrin fəallaşmasından gedir. Onlar artıq açıq şəkildə Rəcəb Tayyib Ərdoğanı və AKP-ni ittiham etməyə başlayıblar. Müxtəlif “sənəd”lər nümayiş etdirməklə, Türkiyə rəhbərliyini müəyyən məsələlərdə ittiham edirlər. O cümlədən FETÖ-nün güclənməsində indiki hakimiyyəti ittiham edənlər vardır.
Lakin ortaya, ümumiyyətlə, maraq doğuran məsələlər çıxır. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəhbərlərindən olan general İlkər Başbuğun KİV-ə verdiyi müsahibələr FETÖ-nün Türkiyə dövlətçiliyi üçün nə dərəcədə böyük təhlükə olduğunu bir daha anlatmış olur. Və orada indi müşahidə edilən proseslərin dərinliyi haqqında da təsəvvür yaranır.
Bütün bunlara görədir ki, Liviya, Aralıq dənizi, Kipr məsələləri ilə Türkiyənin daxilində siyasi gərginlik yaratmağa çalışmağın eyni mərkəzdən idarə edildiyi ilə bağlı fikirlər vardır. Geosiyasi aspektdə bu hadisələrin sözsüz ki, bütövlükdə regional geosiyasi mənzərəyə təsiri ola bilər. Xüsusilə regionda başqa istiqamətlərdə də gərginlik yaradan proseslərin getdiyi məlumdur. ABŞ-İran qarşıdurması kəskin şəkildə və qəfil olaraq daha yüksək səviyyəyə keçə bilər. Həmin kontekstdə Türkiyə ətrafında aparılan oyunlarla İran faktorunun necə kəsişəcəyi maraq kəsb edir.
Bütün hallarda bir neçə istiqamətdən Yaxın Şərqdə geosiyasi vəziyyətin gərginləşdirildiyi aydın görünür. ABŞ-ın başçılıq etdiyi qrup öz maraqları naminə çox riskli situasiyalar yaradır. Ekspertlər hesab edirlər ki, Amerikanın enerji şirkətləri geri çəkilmək istəməyəcəklər. Hətta vəziyyət savaşa qədər gedib çıxa bilər. O cümlədən Kiprdə silahlı insidentlərin baş verməsi istisna edilmir. Bu halda Yaxın Şərqdə qeyri-müəyyənliyin daha da artması ehtimalı böyükdür. Bəzi dairələr həssas durumdan istifadə edib, İran cəbhəsində də təhlükəli addımlar ata bilərlər.
Yaranmış bu vəziyyətdə istənilən kiçik hadisənin bütöv regionu silkələyə bilməsi ehtimalı istisna edilmir. Türkiyənin inkişafının və geosiyasi yüksəlişinin qarşısını almaq, İranı zəiflətmək istəyən mərkəzlər kifayət qədər ciddi təhlükələr yaradırlar. Nəticənin necə olacağını demək çətindir. Ancaq indidən aydındır ki, Yaxın Şərq və ona yaxın regionlar riskli bir geosiyasi vəziyyətə sürüklənirlər. Bunun regionun bütün xalqları üçün faciə ilə sonuclanacağına qətiyyən şübhə yoxdur.
Newtimes.az
Xəbərin oxunma sayı : 343
Analiz
Xəbərlər
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Xanımı Ərdoğanın çlxışı zamanı ağladı - VİDEO
-
Bakı Suriya və İsrail danışıqlarına ev sahibliyi edəcək - KİV
-
Fitnes məşqçilərinin təqdim etdiyi qidalanma proqramları niyə bahadır? - VİDEO
-
Ölkədə 1,5 milyon sahibkar var - Ən çox biznesmen hansı rayonlardadır?
-
Azərbaycanlılar Türkiyədə kütləvi şəkildə mənzil alırlar: Onları ora nə çəkib aparır?
-
Xurmanı Almaniyadan 17 manata, Çindən 2 manata alırıq - QİYMƏTLƏR
-
“Putin İranın uranı zənginləşdirməsinə tam qadağanı dəstəkləyir“ - KİV
-
“Epidbiomed” MMC-yə 138 min manatlıq sifariş - Təsisçisi qanunsuz dərman dövriyyəsinə görə həbs edilmişdi
-
Yeni qida normaları kimlərə şamil ediləcək? - DEPUTAT AÇIQLADI
-
Abşeron İcra Hakimiyyətinin həbs olunan əməkdaşı: “Zəng edib dedi ki, 30 min manat istə“
-
“Sputnik Azərbaycan“ Rusiya FTX-nin filialından başqa bir şey deyildi - Mətbuat Şurası
-
İlham Əliyevin Suriya Prezidenti ilə geniş tərkibdə görüşü oldu - FOTOLAR
-
Çay evində zarafat faciə ilə nəticələndi - Göyçaydakı cinayətin TƏFƏRRÜATI
-
SOCAR Suriya Hökuməti ilə Anlaşma Memorandumu imzaladı - FOTO
-
Nazirlikdən hava ilə bağlı əhaliyə - Videomüraciət
-
“Türkiyə Suriyada da terror dəftərinin bağlanacağına inanır“ - Ərdoğan
-
Azərbaycan klublarının dəyəri nə qədərdir? - SİYAHI
-
Suriya Prezidenti Azərbaycandadır - Fotolar
-
Hər 1 manat Yağmurun həyatını xilas edə bilər - Çarəsiz anadan yardımsevər insanlara MÜRACİƏT
-
Xanımı Polad Həşimovun şəhid xəbərini necə almışdı? - FOTOLAR
-
Dövlət Departamentinin 1300 əməkdaşı işdən çıxarıldı - FOTOLAR
-
Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova təqaüdə göndərildi - FOTO
-
“Evlərimiz təhlükədədir, hər an çökmə baş verə bilər” - VİDEO
-
Koçaryan Simonyana qarşı daha bir iddia qaldırıb - Nədə ittiham edir?
-
Avtomobillərin utilizasiyası sistemində boşluqlar - İşbazlar fürsətdən istifadə edirlər (VİDEO)
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Ölkədə nikahsız doğulanların sayı artır - İki baxış
-
Həm arıq saxlayır, həm də ürəyə xeyirdir - Hazırda mövsümüdür
-
Tələbələrin təqaüdündən xəbərsiz tutulan pullar hara gedir? - VİDEO
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Tovuz döyüşlərindən 5 il ötür
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
TOP 10
ARXİV