“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Təhsil Şöbəsinin sabiq müdirinə “stop“ qoyuldu - Səbəb nədir?

Tarix 11.09.25, 19:44

Font ölçüsü : - / +
bitmap-img6


Elm və Təhsil Nazirliyi yanında Sağlamlıq İmkanlari Məhdud Uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulub. 

AzFakt.com xəbər verir ki, 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin direktoru Tariyel Əkbərovun ölkədən çıxışına məhdudiyyət qoyulmasının səbəbi rəhbəri olduğu qurumun ümumilikdə 4815,41 manat vergi borcunun olması olub. 

Belə ki, Tariyel Əkbərovun direktoru olduğu təhsil müəssisənin dövlət büdcəsinə 616,37 manat məbləğində (o cümlədən, vergilər üzrə 578,21 manat, faizlər üzrə 38,16 manat), İşsizlikdən Sığorta Fonduna 353,47 manat, Dövlət Sosial Müdafiə Fonduna 2177,67 manat, İcbari Tibbi Sığorta Fonduna 1667,9 manat borcu var. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən direktorun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət edilib. Məhkəmənin qərarı ilə, Tariyel Əkbərovun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. 

Qeyd edək ki, Tariyel Əkbərov bu vəzifəsindən əvvəllər Masallı Rayon Təhsil Şöbəsinin müdiri olub.

Qaynarinfo.az



Xəbərin oxunma sayı : 1006




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap