Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Tusi Hospitaldan şikayət - 400 manata vurulan gel xəstəni şikəst etdi

Tarix 13.02.26, 16:42

Font ölçüsü : - / +
bitmap-img6


Tusi Hospitalda fəaliyyət göstərən travmatoloq-ortoped Natiq Əhmədovun fəaliyyəti ilə bağlı ciddi iddialar redaksiyamıza daxil olub.
 
Şikayətçi Günay Vahidovanın sözlərinə görə, 1958-ci il təvəllüdlü Vahidova Elmira Soltanməcid qızı ötən ilin 29 dekabr tarixində sol diz nahiyəsində ağrılarla bağlı həkimə müraciət edib. İddialara əsasən, həkim xəstəni klinikaya deyil, ev şəraitində müayinə edib və diz nahiyəsinə mənşəyi, tərkibi və istehsalçısı barədə heç bir məlumat təqdim olunmayan “gel” tətbiq edib. 
 

 Həmin müdaxilədən sonra xəstənin vəziyyəti ağırlaşıb, ağrılar artıb və hazırda o, sərbəst hərəkət etmək qabiliyyətini itirib.Azərbaycan Respublikasının “Əhalinin sağlamlığının qorunması haqqında” Qanununa əsasən,pasientə tətbiq olunan dərman və tibbi vasitələr barədə dolğun və aydın məlumat verilməlidir,tibbi xidmətlər müvafiq lisenziya və normativ tələblər çərçivəsində göstərilməlidir,həkim öz peşə fəaliyyətinə görə hüquqi məsuliyyət daşıyır.Mediatv.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi tibbi qaydaların pozulması, səhlənkarlıq və xəstəyə zərər vurulması hallarında məsuliyyət nəzərdə tutur. Əgər tətbiq olunan preparatın qeydiyyatı, sertifikasiyası və mənşəyi barədə sənəd yoxdursa, bu, artıq ayrıca hüquqi qiymət tələb edən məsələdir.

400 manatlıq “müalicə” – sənəd haradadır?

Şikayətçilərin bildirdiyinə görə, həkim tərəfindən göstərilən xidmət müqabilində 400 AZN ödəniş alınıb. Lakin rəsmi qəbz, tibbi protokol, epikriz və ya müdaxiləyə dair hər hansı sənəd təqdim edilməyib. Bu isə bir neçə sual doğurur,ev şəraitində aparılan tibbi müdaxilə hansı hüquqi əsasla icra olunub,xəstənin yazılı razılığı alınıbmı,fəsadların yaranmasına görə məsuliyyəti kim daşıyır?

Məsələ ilə bağlı artıq Səhiyyə Nazirliyinin qaynar xəttinə müraciət edildiyi bildirilir. Lakin təkcə şikayət kifayət deyil – araşdırma, ekspertiza və hüquqi qiymət verilməlidir.

Əgər iddialar təsdiqini taparsa, burada söhbət təkcə tibbi səhvdən deyil, həm də qanunvericiliyin kobud şəkildə pozulmasından gedir. İnsan sağlamlığı üzərində aparılan hər hansı qeyri-şəffaf və sənədsiz “təcrübə” cəzasız qalmamalıdır.
Görəsən vətəndaşın sağlamlığı bu qədər ucuz və nəzarətsiz ola bilərmi?
 Qarşı tərəfin cavab haqqını tanıyırıq



Xəbərin oxunma sayı : 1492




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap