“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Ucarda ağaclar kütləvi şəkildə məhv edilib - ŞİKAYƏT/VİDEO

Tarix 08.08.25, 21:38

Font ölçüsü : - / +
bitmap-img6


Sakinlər çoxillik ağacların məhv edilməsindən narahatdırlar.

Görüntülər Ucarın Qazyan kəndindəndir. Sakinlərin iddialarına görə, meliorasiya işçiləri kənd ərazisində təmizləmə işləri apararkən əksəriyyəti meyvə ağacları olmaqla 30-a yazın çoxillik ağacları məhv ediblər.

Arxın təmizlənməsi zamanı çıxarılan palçıq məktəb yoluna da tökülüb. Bu da ərazidə hərəkət edən avtomobillərin və piyadaların hərəkətini çətinləşdirib

Məsələ ilə bağlı Qaziyan kənd İcra nümayəndəsi Nasir İsayev şifahi olaraq "Xəzər Xəbər"ə bildirdi ki, sakinlərin müraciəti əsasında sözügedən su arxının lildən təmizlənməsi üçun Ucar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə müraciət edilib. Onlara texnika ayrılandan sonra mühafizə zolağında olan ağaclar texnikaya maneə törətdiyi üçün təmizlənib. Qeyd edilib ki, həmin su arxı Qazyan kəndinin 670 təsərrüfatını təmin edir.

Dövlət ekoloji təhlükəsizlik xidmətindən isə "Xəzər Xəbər"ə bildirildi ki, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Ucar rayonu Qazyan kəndi ərazisində 6 ağacın kökündən çıxarılaraq məhv edildiyi aşkar olunub. Araşdırma zamanı ağacların ərazidəki suvarma arxının lil və çöküntülərdən təmizlənməsi zamanı Ucar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşı Oktay Həsənov tərəfindən kökündən çıxarıldığı müəyyən edilib. Faktla bağlı Oktay Həsənov barəsində akt və protokol tərtib edilərək ona 5200 manat məbləğində cərimə və ziyan tətbiq olunub.




Xəbərin oxunma sayı : 961




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap