“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Ukraynadan İrana qarşı açıqlama: “Təyyarələrimiz İran üzərindən uçmayacaq”

Tarix 12.01.20, 13:40

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna Beynəlxalq Hava Yolları uçuş marşrutlarının dəyişdirildiyini və şirkətin təyyarələrinin artıq İran üzərindən uçmayacağını bildirib.

Musavat.com haberler.com-a istinadən bildirir ki, İranın Ukrayna təyyarəsini səhvən vurduğunu açıqladıqdan sonra ölkənin Beynəlxalq Hava Yolları açıqlama yayıb.

Ukrayna Beynəlxalq Hava Yollarının verdiyi açıqlamada bildirilir ki, İran etdiyi bu cinayətə görə bütün məsuliyyəti öz üzərinə götürməlidir.

Açıqlamada qeyd edilir ki, İran hakimiyyəti hava limanını bağlamalıdır.

“Onlar bizim ən yaxşı komandamız idi”

Ukrayna Hava Yollarının baş direktoru Yevgeni Dihne hadisə ilə bağlı verdiyi açıqlamada bildirib ki, burada heç bir texniki nasazlıqdan söhbət gedə bilməz: "İranın ilk açıqlamalarında komandamızın səriştəsizliyindən və ya texniki nasazlıqdan bəhs edilirdi. Bu, tamamilə yalan idi və biz bunu sübut etdik. İranın ötən gün verdiyi açıqlama da bizim fikirlərimizi bir daha təsdiq etdi. Bu komandadakı insanlar bizim ən yaxşı mütəxəssislərimiz idi.”

“Bunu bilərəkdən ediblər...”

Ukrayna Kəşfiyyat Xidmətinin (SBU) rəhbəri İvan Nazirov da məsələ ilə bağlı bir açıqlama verib. O, "atılan raket avtomatik olaraq işə düşməyib, bunu bilərəkdən ediblər. Kəşfiyyat qrupu olaraq dünən iki ehtimal üzərində dayanmışdıq. Təyyarə ya vurulmuşdu, ya da terror hücumuna məruz qalmışdı.”

Bundan başqa, Ukrayna prezidenti Vladimir Zelenski İranın günahını etiraf etməsindən sonra ölkə mediasına açıqlama verib. O, İranın çox yönlü araşdırmalara başlamasını tələb edib.








Xəbərin oxunma sayı : 184




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap