“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Ulduz futbolçuya ŞOK! - həbs oluna bilər

Tarix 31.05.20, 12:39

Font ölçüsü : - / +
bitmap-img6


"Atletiko"nun ulduzu Dieqo Koşta həbs oluna bilər.
 
Sport7.az xəbər verir ki, futbolçu 2014-cü ildə "Çelsi"yə transferi zamanı bəzi sənədləri və ödəmələrlə bağlı bilgiləri gizlətməkdə ittiham olunur. İspaniya mətbuatında futbolçunun 1 milyon avrodan çox məbləğdə vergidən yayındığı iddia edilir. Bu sübuta yeriurilərsə futbolçu 6 aylıq həbs cəzası ilə üzləşə bilər.
 
Koşta ilə bağlı tərtib olunan protokolda onun 1 milyon 371 min 98 avro dəyərində olan imic haqlarından əldə etdiyi gəliri qeyri-qanuni yollarla hesabına yatırdığı bildirilir. İyunun 4-də məhkəmə qarşısına çıxacaq 31 yaşlı futbolçu 6 ay həbs cəzası almaqla yanaşı təxminən 500 min avro məbləğində cərimələnə bilər.
 
İspaniyada qanunlar şiddət tərkibli olmayan 2 ildən az həbs cəzalarını pul cərimələri ilə əvəzləməyə imkan verir. Koşta həbs cəzasından qurtulması üçün 500 mindən əlavə, 36500 avro da cərimə ödəməlidi.  
 
Daha öncə "Barselona"nın superulduzu Lionel Messi və onun atası Xorxe, 2017-ci idə İspaniya hökümətini aldatmaqla ittiham olundu və haqqında 21 aylıq həbs cəzası qərarı çıxarıldı. Argentinalı hücumçu 252 min avro cərimə ödəyərək həbs cəzasından qurtulmuşdu. Bununla yanaşı "Barselona"dan ayrılmağı dşündüyünü də etiraf etmişdi.
 
Portuqaliyalı superulduz Kriştiano Ronaldo isə 2019-cu ilin yanvarında vergidən yayınma ittihamı ilə cərimələnmişdi. Haqqında çıxarılan 23 aylıq həbs cəzasından qurtulmaq üçün Ronaldo külli miqdarda pul ödəmək məcburiyyətində qalmışdı.
 



Xəbərin oxunma sayı : 631




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap