“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Vaksin istehsal edən şirkətlərlə danışıqlar aparılır - TƏBİB

Tarix 23.09.20, 17:11

Font ölçüsü : - / +
bitmap-img6


“Vaksinlərin Azərbaycanda istehsalı mümkün görünmür”.

APA-nın məlumatına görə, bunu bu gün Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-COV-2 virusuna qarşı vaksinasiya məsələlərinə həsr olunmuş iclasda TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, xaricdən vaksin almaq iki formada ola bilər: “Söhbət istehsalçı şirkətlərlə ikitərəfli danışıqlar və çoxtərəfli platforma əsasında vaksin almaqdan gedir. COVAX platformasının əsas məqsədi COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli və bərabər əlçatanlıq imkanı yaratmaqdır. Biz burada istehsalçı şirkətlərlə birbaşa danışıqlara getmirik. Ancaq bunun mənfi cəhəti odur ki, vaksin seçimi imkanı verilmir. Ancaq ölkələrə təklif edilən vaksinlər üçüncü kliniki fazanı keçmiş vaksinlər olacaq. Biz bu halda əhalinin 20 faizini əhatə edəcək vaksinlər sifariş edə bilərik”.

TƏBİB şöbə müdiri qeyd edib ki, istehsalçı şirkətlə ikitərəfli danışıqlarda alışda sərfəli şərtlərə nail olmaq mümkün olsa da, bunun da mənfi cəhəti var: “Burada məsuliyyət bizim öz üzərimizdə qalır. Biz istehsalçı şirkətlərlə danışıqlar da aparırıq. Biz üçüncü klinik mərhələdə olan peyvənd istehsalçısı şirkətlərlə danışıqlar aparırıq. İstehsalçı şirkətlərdən texniki tələbləri də artıq almışıq”.



Xəbərin oxunma sayı : 469




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap