“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Vergi güzəştləri olacaq – Nazirlikdən açıqlama

Tarix 15.05.19, 11:21

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycanda yarışlarda mükafatçılara verilən əşyalar vergidən azadır. Həmçinin beynəlxalq yarışlarda 4 min manatdək, daxili turnirlərdə isə 200 manatdək mükafatlardan vergi tutulmur”.

Bunu Bakıda AFFA və UEFA-nın təşkilatçılığı ilə keçirilən “Futbol və Biznes” sammitində Vergilər Nazirliyinin nümayəndəsi, vergi ombudsmanı Elçin Məmmədov deyib.

O, bildirib ki, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi – 2019-cu il 1 yanvar tarixindən 10 il müddətinə vergidən azad olunub. Nazirlik rəsmisi paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslərin istisna olduğunu əlavə edib. 

E.Məmmədov vurulayıb ki, Vergilər Nazirliyi tərəfindən UEFA Avropa Liqasının finalı və 2020-ci il Avropa çempionatının final mərhələsinin görüşləri zamanı müəyyən güzəştlər olacaq.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da keçiriləcək. Bu görüşlə yanaşı, AVRO-2020-nin qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq.




Xəbərin oxunma sayı : 220




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap