“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Xaricdə təhsil alanlara bu qədər pul veriləcək – Qərar verildi

Tarix 16.11.19, 10:37

Font ölçüsü : - / +
bitmap-img6


Nazirlər Kabienti “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydaları”nı təsdiq edib.

AzFakt.com xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb. Qərarla “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi qaydaları müəyyənləşdirilib.

Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Təhsil Nazirliyi, proqram iştirakçısı və təhsili başa çatdıqdan sonra proqram iştirakçısı ilə əmək müqaviləsi bağlamağa razılıq vermiş Azərbaycan Respublikasının ali təhsil müəssisəsi arasında bağlanılan müqavilə əsasında həyata keçirilir. Müqavilənin forması Nazirlik tərəfindən müəyyən edilir.

Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Nazirliyin nəzdində Dövlət Proqramının İdarəetmə Qrupu tərəfindən idarə olunur.

Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi üçün vəsaitlər Nazirliyin təqdim etdiyi sifarişlər əsasında maliyyələşdirən qurum tərəfindən xarici valyuta ilə və ya sifarişin rəsmiləşdirildiyi tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə İdarəetmə Qrupunun xəzinə hesabına köçürülür.

Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi proqram iştirakçılarının aşağıdakı xərclərini əhatə edir:

- təhsil xərcləri;

- viza və təhsil aldığı ölkədə qeydiyyat xərcləri;

- aylıq yaşayış xərcləri;

- tibbi sığorta xərcləri;

- beynəlxalq nəqliyyat xərcləri.








Xəbərin oxunma sayı : 430




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap