| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Xəzərin ən yaxşı balıqları təhlükədə - qarşısını necə alaq?
Tarix 13.08.22, 11:07 |
|
Zoologiya İnstitutunun əməkdaşı Xəzər dənizində ekspedisiyada olub.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib. Belə ki, Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent Süleyman Süleymanov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə “Əlif Hacıyev” Elmi-Tədqiqat gəmisi ilə Xəzər Dənizinin Azərbaycan sektoruna aid olan ərazisində baş verən ekoloji proseslərin və ətraf mühitə təsirlərinin müəyyənləşdirilməsi, dənizin bioloji ehtiyatlarının və hidrometroloji vəziyyətinin öyrənilməsi, eləcə də mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi üçün zəruri məlumatların əldə edilməsi məqsədilə növbəti kompleks ekoloji monitorinq işini həyata keçirib.
Ekspedisiya zamanı 9 kəsimdən ibarət olan 45 stansiyadan ixtioloji materiallar toplanıb.
Müəyyən edilib ki, son illərdə Xəzər dənizində dəyişilmiş ekoloji şəraitlə bağlı (dəniz səviyyəsinin aşağı düşməsi, güclü çirklənməyə məruz qalması və s.) olaraq Xəzərdə yaşayan dəniz balıqlarının (siyənəklərin, kefalların və kilkələrin) vəziyyəti qənaətbəxşdir, əksinə olaraq keçici və yarımkeçici balıqların (adi çəki, kütüm, Xəzər külməsi, şərq çapağı və şahmayı) vəziyyəti isə qənaətbəxş deyil.

Təhlükə ilə üzləşən balıqlar - dəniz çəkisi, kütüm, şahmayı, şərq çapağı Xəzərin ən yaxşı, təmiz qidaları ilə (krivet, fosforlu yosun, mamır ) qidalanan, dadlı və faydalı balıqlarıdır. Hansı ki, onların kilosu indi 15 manat civarındadır. Amma Dağıstanda, İranda bu Xəzər balıqları iki-üç qat ucuzdur.
Dənizin spesifikasını bilən, orada baş verənləri müşahidə edən balıqçıların Musavat.com-un müxbirinə bildirdiyinə görə, adları çəkilən balıqların məhv olmasının səbəbi təkcə suyun azalması və çirklənmə ilə bağlı deyil. Düzdür, bu səbəblər ciddi rol oynayır, ancaq balıqları məhv edən həm də “brokonyer”lərdir. Belə ki, dənizin sahilləri kürü və balıqların yetişmə vaxtı da torlarla dolu olur. Həmçinin keçici və yarımkeçici balıqlar kürü qoymaq üçün Xəzərlə bağlantısı olan kanal və çaylara keçə bilmir, çünki himayə olunan “brokonyerlər” Kürün, digər çayların, kanalların ağzını torlayıb balıqları orada kürü mövsümündə məhv edirlər. Xəzərin bioresurslarını qorumaq üçün ciddi tədbirlər görülməlidir. Bunlar bəyanatla həll olunacaq işlər deyil.

Ekspert: “Qanunsuz ovlama davam edərsə, tullantıların axıdılmasının qarşısı alınmazsa, canlıların sayı azalmaqda davam edəcək”
“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli “Yeni Müsavat” mövzu ilə bağlı şərh verərkən bildirdi ki, Xəzər dənizində balıqların populyasiyasına təsir göstərən amillərdən biri əsasən çirklənmədir: “Neft tullantılarının, çirkab suların, kimyəvi maddələrin Xəzərə axıdılması biomüxtəlifliyə, ələlxüsus, bəzi növlərin azalmasına olduqca mənfi təsir edir. İlboyu müşahidələr göstərir ki, balıqlar, krevetlər və digər dəniz canlıları şelf zonasından xeyli uzaqlaşıblar. İqlim dəyişikliyinin təsirlərini gözardı etmək mümkün olmasa da, əsas səbəblər çirklənmə və qanunsuz ovlamadır. Kütləvi, bəzi hallarda qeyri-qanuni üsullarla, xüsusilə kürü, döl dövründə ovlama Xəzər canlılarının azalmasına gətirib çıxarıb. Bundan başqa nərə balığının azalması, Qazaxıstan sularına çəkilməsi insan faktoru ilə bağlıdır”.
Ekoloq Xəzərin biomüxtəlifliyinə mənfi təsir edən səbəblər arasında qazıntı ilə əlaqədar yaranan titrəyişlərin də olduğunu qeyd edib: “Sahilə yaxın yerlərdə titrəyişlərin olması balıqların, o cümlədən suitilərin daha sakit yerlərə getməsi ilə nəticələnir. Doğrudur, ölkəmizdə balıqartırma sahəsində müəyyən işlər görülür. Lakin bu, kifayət deyil. Qanunsuz ovlama davam edərsə, tullantıların axıdılmasının qarşısı alınmazsa, canlıların sayı azalmaqda davam edəcək”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qurumunda 24 milyon manat zərər » Kanal14.az
Nazirlik: “Mütəmadi olaraq Xəzərə tullantı sularının axıdılması ilə bağlı araşdırma aparılır, qanunsuz ov edən şəxslər cəzalandırılır”
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Yeni Müsavata” bildirildi ki, mütəmadi olaraq Xəzərə tullantı sularının axıdılması ilə bağlı araşdırma aparılır, qanunsuz ov edən şəxslər cəzalandırılır, o cümlədən Xəzərə müxtəlif növ balıqlar buraxılır: “2018-ci ildə Xəzər dənizinə, Kür çayına və digər daxili su hövzələrinə ümumilikdə 371.3 milyon nərəkimi, çəkikimi və qızılbalıq körpələri buraxılmışdır. 2019-cu ildə 402 000 ədəd nərəcinsli, 3 417 208 ədəd çəkikimi, 168 114 ədəd qızılbalıqkimi balıq körpələri Xəzər dənizinə, Kür çayına və digər daxili su hövzələrinə buraxılmışdır (cəmi:3 987 322) 2020-ci ildə isə 588 900 ədəd milyon nərəcinsli, 5 268 300 milyon ədəd çəkikimi və 82 500 ədəd qızılbalıq kimi körpələri Xəzər dənizinə, Kür çayına və digər daxili su hövzələrinə buraxılmışdır (cəmi:5 939 700). 2021-ci ildə 574604 ədəd nərəcinsli, 6050 000 ədəd çəkikimi, 80 000 ədəd qızılbalıqkimi balıq körpələri Xəzər dənizinə, Kür çayına və digər daxili su hövzələrinə buraxılmışdır (cəmi:6 704 604)
Təbii su obyektlərində mövcud ehtiyatların artırılması və bərpası məqsədilə 2022-ci ilin 6 ayı ərzində 45 000 ədəd Xəzər qızılbalığı, 2 502 600 ədəd çəkikimi, 578631 ədəd nərə cinsli və 10000 ədəd qızılxallı balıq körpələri təbii su hövzələrinə buraxılmışdır".
Xəbərin oxunma sayı : 700
Sosial
Xəbərlər
-
Notariatda köhnə ənənələr geridə qaldı, yoxsa? - Daxil Kərimovun “misilsiz xidməti“
-
Prezident “SABAH.city”nin açılışında - FOTOLAR
-
KTN-də unikal təyinat: “Bakı Taksi Xidməti”nin baş direktoruna yüksək vəzifə verildi
-
Süni intellekt sürətlə əmək bazarına daxil olur - Hansı peşələr sıradan çıxacaq?
-
Dövlət Əmək Müfəttişliyi Xidməti Elgün Feyzullayevi niyə müdafiə edir? - FOTO
-
Avropada meşə yanğınlarına qarşı yeni üsul: “Yanğınsöndürən keçilər“ işə düşür
-
Kartdan-karta pul köçürənlərə vacib xəbər: Yeni limitlər nəyi dəyişəcək?
-
Əməliyyatsız sinə böyütmək istəyənlərin diqqətinə: Dolğularla bağlı mühüm xəbərdarlıq - VIDEO
-
ABŞ və İran arasındakı münaqişə Konqresə seçkilərdən sonra başa çatacaq - Tramp
-
2027-ci ildən fermerlərə böyük dəstək: Yeni subsidiya məbləğləri
-
Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb
-
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər
-
Trampdan Zelenskiyə xəbərdarlıq - “Bu, dünyaya zərər verir”
-
Arıqlama iynələrinin bilinməyən tərəfi: Bədən arıqlayır, üz niyə çökür?
-
Bakıda sürücüləri narazı salan qayda: Giriş-çıxış artdıqca ödəniş də artır - VİDEO
-
İndoneziya sahillərində bərə aşdı: Ölənlər var, 130 nəfərdən xəbər yoxdur
-
Azərbaycanda 3 uşaqlı ailələrə güzəşt və müavinət verilə bilər - VİDEO
-
“Danışıqlar aparılsa belə, Ukraynada döyüşlər dayanmayacaq” - Lavrov
-
Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq - Xəbərdarlıq
-
İnfantino FIFA seçkilərində iştirak edəcək? - Açıqladı
-
Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?
-
Ərdoğanın Suriya səfərinə hazırlıq görülür - Hakan Fidan
-
Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə - VİDEO
-
Mingəçevirdə binada yanğın – Sakinlər təxliyə edildi + Video
-
Yuxululuq, halsızlıq, diqqət azalması: Gizli səbəblər bəlli oldu
-
Bakıdakı dəbdəbəli toyun sahibi bu məmur imiş - FOTO/VİDEO
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
33 dərəcə isti, yağış, külək... - Sabahın havası
-
Ebola dəhşəti böyüyür - 7 022 yoluxma, 3 398 ölü
-
Milyardlıq sərvəti üzə çıxdı - 90 yaşlı anasının hesabında 750 milyon
-
Tiktoker Əhdiman Osmanov və tanışı saxlanıldı - Cinayət işi açıldı
-
Lənkəran-Astara zonasında leysan yağıb - FAKTİKİ HAVA
-
Milyonlarla sürücüyə pul paylanacaq - Macarıstanda
-
Hörmüzdə İran gəmisinə hücum edildi - Ölən və yaralananlar var
-
Səudiyyə neftinin Asiyaya tədarük müddəti 2,5 dəfə arta bilər - Asahi
-
Azərbaycanda ən çox satılan saç markası məhkəməyə verildi - Təhlükəli xəstəlik
-
Qarışqa dərmanından zəhərləndi - Xəstəxanalıq oldu
-
“Miqrantları silah gücü ilə deportasiya edəcəyik” - Almaniyada qalmaqal
-
Kaşif Kozinoğlunun ölümü ilə bağlı araşdırma - 3 nəfər həbs edildi
-
Qanlı göldə ekoloji təhlükə: Onlarla ölü balıq sahilə çıxır (VİDEO)
-
Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR
-
“Yaxın Şərqdə vəziyyət tezliklə sabitləşəcək” - Putin
-
Zığ bağlarında yol problemi - VİDEO
-
Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə!
-
“Formula 1” öncəsi yollarda hərəkət dəyişikliklərinə başlandı - VİDEO
-
Gürcüstanın sabiq müdafiə nazirinə həbs qərarı - Dövlətə xəyanət ittihamı
-
Yeni yaradılacaq “rəqabət xəritəsi“nin məqsədi nədir? - VİDEO
-
Husilər strateji adanı ələ keçirdi - ABŞ qarşısında yeni problem
-
Prezidentin xüsusi nümayəndəsi müjdəni verdi: Yaxın zamanda...
-
Qusarda polis əməkdaşlarına müqavimət göstərildi: Saxlanılan var
-
Payızın 5 ən yaxşı qidası - Xərçəngin qarşısını alır
-
Azərbaycanda nəqliyyatın fəaliyyətindən məsul olan şəxs - Rəhman Hümmətov kimdir?
-
“Kölgə donanması”na dron hücumu - Helikopter də tankeri xilas edə bilmədi
-
Bakıda İngiltərə vətəndaşının evindən oğurluq - Hadisəni bağban törədib
-
“Arsenal“dan sürpriz transfer: Gürcüstanlı gənc istedad London klubunda
-
Bu ölkələr beynəlxalq münasibətlər sistemini çökdürür - Putin
-
Vüsal Aslanov yeni rəis müavini təyin etdi - FOTO
-
Azərbaycanda 31 milyon manat cərimə olunan şəxslə bağlı YENİ QƏRAR
-
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
-
“İran münaqişəni mümkün qədər uzatmağa çalışır” - Donald Tramp
-
Prezidentlərin “İstisu“ ənənəsini Hikmət Hacıyev İran səfiri ilə davam etdirdi - VİDEO
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşəcək - Bu tarixdə
-
Kredit borcunu ödəyə bilməyənlərə şad xəbər - Yeni qayda
-
Azərbaycanda gənclər arasında bu xəstəlik sürətlə yayılır - Həkim çağırış etdi
-
“Sabah“ və “Qarabağ“ Çempionlar Liqasında tarixə düşdülər - SİYAHI
-
Hikmət Hacıyev həmin kitabı vərəqləyərək erməni saxtakarlığını ifşa etdi - Video
-
Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - VİDEO
-
Husilər 36 saata Səudiyyənin dəstəklədiyi qüvvələri darmadağın etdi: Yəməndə nə baş verib?
-
Sinin casusları bizi izləyir, biz də onları izləyirik - Tramp
-
Ermənistan MDB-dən də uzaqlaşır - İqtisadi Şuraya İrəvandan heç kim getmədi
-
Bakıda skuterlər təhlükəyə çevrilir: Nəzarət yetərlidirmi?
-
Şahmar İbadovun həyat yoldaşı binanı 1,3 milyon manata icarəyə verdi - DETALLAR
-
Xətai rayonu Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət - VİDEO
-
Azərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb? - Hər il sayları azalır...
-
Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
-
“Putin gələrsə, G20 sammitində onunla görüşməyə hazıram“ - Zelenski
-
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - VİDEO
-
Diplomatlar Ağdərədəki Gəncəsər monastırını ziyarət etdi - FOTOLAR
-
“Şəfiqənin seçilməsi ilə kinoittifaq da “öldü”... - Həmidəni danışmağa qoymadılar, kinomuz “can verirdi”“
-
“Toyota Bakı Mərkəzi“nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
-
“Bu, Rusiya ilə müharibə deməkdir” - Putindən Avropa ölkələrinə xəbərdarlıq
-
Azərbaycan neftinin qiyməti heyrətləndirdi -120 dolları keçdi
-
1200 manatdan 36 min dollaradək - Azərbaycanda əcnəbi tələbələrə təhsil haqqı
-
Şəkinin mərkəzində çaqqal insanlara hücum etdi - VİDEO
-
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
-
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
-
Bu yay dənizdə batan tanınmış azərbaycanlılar - SİYAHI
-
Azərbaycanda qida məhsullarının vahid izlənmə sistemi yaradılır - VİDEO
-
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
-
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb - “Yonhap“
-
Şəhər yollarında kiçikölçülü avtomobillərdən istifadə təhlükəlidir? - VİDEO
-
Hollivud ulduzundan çılpaq pozlar - FOTOLAR
-
“Fənərbaxça”da nə baş verir? - İsmail Kartal qalmaqalı
-
“ABŞ İran xalqını təslim olmağa məcbur etmək istəyir“ - Pezeşkian
-
Şahbaz Şərif Azərbaycana səfər edəcək - Bu tarixdə
-
Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş
-
Metronun “Əcəmi“ stansiyasının qarşısında yağışdan sonra yaranan gölməçə - VİDEO
-
Trampın xüsusi nümayəndəsi Minskə gedəcək - SƏBƏB
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir”
-
Metro sərnişinləri üçün yenilik: M9 ekspres marşrutu fəaliyyətə başlayır
-
Husilər Qırmızı dəniz sahilini nəzarətə aldı - “Al Jazeera”
-
Qırğızıstan öz pulunu özü çap etməyə başladı - İLK DƏFƏDİR
-
“Rusiya qazına alternativ axtarırıq” - Paşinyan
-
Sabah bu ərazilərdə yol bağlı olacaq - XƏBƏRDARLIQ
-
Pensiyaçılara kredit qapıları bağlana bilər? - AÇIQLAMA
-
“Bənövşə“ şadlıq sarayında toyda qanlı dava - Əmioğluna bıçaqla xəsarət yetirildi
-
30 mindən çox şəxsin maaşı 35 faiz artacaq - RƏSMİ
-
Fərid Şəfiyevə 3 müavin də təyin edildi - SƏRƏNCAM
-
Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı - Şirkətlərin siyahısı
-
Vladimir Putin Hindistanda BRİKS sammitində isti qarşılanıb - Financial Times
-
Prezident Fərid Şəfiyevi yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Süni intellekt hamımızı öldürə bilər - Silikon Vadisində panika
-
Azərbaycan klublarının ən bahalı yay transferləri - SİYAHI
-
“Bravo”-ya daha bir protokol yazıldı - Məhsulları çox baha satır
-
Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri - Açıqlandı
-
Paytaxtda kirayə bahalaşdı: Qiymətlərin ən çox artdığı ərazilər
-
Aqrar Sığorta Fondunda yoxlama: nöqsanlar üzə çıxarılıb
-
Diplomatik korpusun nümayəndələri Xankəndidə - FOTOLAR
TOP 10
ARXİV






