Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Xumar Qədimovadan eşq dolu mahnı: “Gəl, şəklini çəkim dünya”

Tarix 13.02.26, 23:55

Font ölçüsü : - / +
bitmap-img6


Gözəl ifaları ilə hər zaman səs-küy yaradan Azərbaycan incəsənətinin incisi Xumar Qədimova daha bir fərqli işini təqdim edib. 

Axşam.az xəbər verir ki, Əməkdar artist bu dəfə dərin məna və poetik ruh daşıyan “Gəl, şəklini çəkim dünya” adlı mahnıya klip çəkdirib. Bəstənin sözləri xalq şairi Zəlimxan Yaquba, musiqisi isə Uqoya (Uğur Rəcbər) məxsusdur. Mahnının duyğusal ab-havasını tamamlayan klarnet ifası da məhz Uqonun öz təqdimatıdır.

Lirik mahnının ekran işi rejissor Natiq Novruza həvalə edilib. Klipdə Xumarın tərəf müqabili "Kurtlar Vadisi Pusu" və "Eşkiya dünyaya hükümdar olmaz" seriallarından tamaşaçılara tanış olan məşhur türkiyəli aktyor Savaş Özdemir olub. Çəkilişlər Qubada aparılıb. 

Qədimova mahnını yayımlayaraq "Nəhayət ki, təkrar-təkrar dinləyəcəyimiz, dünya dolu nəğməmiz gəldi. Bu gözəl nəğmə bu dünyaya sığmayanlar üçündür. Gəl, şəklini çəkim, dünya!" sözlərini bildirib. 

Qədimovanın "Gəl, şəklini çəkim dünya" ifası bu gündən rəsmi yutub kanalında və bütün musiqi platformalarında yayımdadır.





Xəbərin oxunma sayı : 1135




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap