“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Yanvarın 1-dən bu şəxslərin pensiyaları artımla veriləcək

Tarix 25.11.21, 14:13

Font ölçüsü : - / +
bitmap-img6


"Yanvarın 1-dən artıq əlilliklə bağlı pensiyaların artımı icra olunacaq. Ümumiyyətlə isə 2 200-dən artıq vətən müharibəsi qazisinə pensiya təyin edilib və bu iş davam etdirilir”.

AzFakt.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev paytaxtda keçirilən Zəfər avtoyürüşü zamanı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, müharibə əlillərinin və şəhid ailələrinin müdafiəsi hər zaman dövlətin sosial siyasətinin mərkəzində olub.

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq bu kateqoriyaya aid olan vətəndaşlarımıza çoxsaylı sosial xidmətlər göstərilir. Təkcə bu il 33 min vətəndaşımız sosial xidmətlərdən yararlanıb. Bu Zəfər yürüşü də məhz Vətən müharibəsi əlillərinə verilən avtomobillərlə keçirildi. Bu il 150 avtomobil bu kateqoriyaya aid olan vətəndaşlarımıza təqdim edilib və proqram gələn il də davam etdiriləcək",- deyə o bildirib.

H.Abdullayev həmçinin qeyd edib ki, vətəndaşlara göstərilən sosial xidmətlərin bir sahəsi də onların mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Bu il 3 min qazi və şəhid ailəsi fərdi ev və mənzillərlə təmin olunacaq.



Xəbərin oxunma sayı : 1504




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap