Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO
Axtar
 
  • / Sosial / — 13 Yanvar 2025

    Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

Yeni Suriyada terror təşkilatlarına yer yoxdur - Hakan Fidan

Tarix 15.01.25, 23:24

Font ölçüsü : - / +
bitmap-img6


Suriya ilə bağlı sanksiyalar ləğv edilməlidir. Bu, ölkədə normallaşma prosesini sürətləndirəcək. 12 illik fasilədən sonra ötən ay Türkiyənin Dəməşqdəki səfirliyi açıldı. Hələbdəki Baş konsulluğumuz isə yanvarın 20-də fəaliyyətə başlayacaq.

AzFakt.com xəbər verir ki, bu fikirləri xarici işlər naziri Hakan Fidan Türkiyədə səfərdə olan Suriyadakı yeni hökumətin xarici işlər naziri Əsaad Həsən əl-Şibani ilə mətbuata birgə açıqlamasında ifadə edib.

Yeni Suriyada PKK/YPG və İŞİD kimi terror təşkilatlarına yer olmadığını vurğulayan Hakan Fidan deyib: “Suriya hakimiyyətinə İŞİD-lə mübarizə mövzusunda əməliyyat dəstəyi təklif etdik. Kəşfiyyat məlumatlarının paylaşılmasından hərbi iştiraka qədər bu sahədəki imkanlarımızı istifadə etməyə hazırıq. Yeni hökumətin terrorla mübarizə sahəsindəki əzmkarlığından məmnunuq. Suriyada yeni bir səhifə açılıb. Ölkənin yeni rəhbərliyi və dünya ictimaiyyətinin bu fürsətdən düzgün istifadə etməsi vacibdir. Suriyada bütün dini, etnik və məzhəb qruplarının artıq qucaqlaşmalarının vaxtı çatıb”.

Suriya ilə Türkiyənin yeni bir tarix yazdığını vurğulayan Əsaad Həsən əl-Şibani yeni hökumətin Suriya torpaqlarının Türkiyəyə qarşı təhdid yaratmaqdan çıxarılmasının vacibliyinə inamını ifadə edib.

“Ərazi bütövlüyümüz çox vacibdir. Bütün torpaqlarımızın eyni çətir altında birləşməsini istəyirik”, - deyə diplomat vurğulayıb.

Xatırladaq ki, Suriyadakı yeni hökumətin xarici işlər naziri Əsaad Həsən əl-Şibaninin rəhbərlik etdiyi yüksəksəviyyəli nümayəndə heyəti Türkiyədə səfərdədir.

Əsaad Həsən əl-Şibani Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşüb.



Xəbərin oxunma sayı : 220




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap