“Sevgilim Azərbaycanda yaşamır“ - Pərvin Abıyeva Günay açıq-saçıq fotoları ilə gündəm oldu - FOTO Pərvinin ilham verən saç modelləri... - FOTOLAR “Efirdə daha qəşəng görünürəm“ - Aygün Kazımova
Axtar
 
  • / Maqazin / — 19 Yanvar 2022

    “Sevgilim Azərbaycanda yaşamır“ - Pərvin Abıyeva

  • / Maqazin / — 15 Yanvar 2022

    Günay açıq-saçıq fotoları ilə gündəm oldu - FOTO

  • / Maqazin / — 08 Yanvar 2022

    Pərvinin ilham verən saç modelləri... - FOTOLAR

  • / Maqazin / — 07 Yanvar 2022

    “Efirdə daha qəşəng görünürəm“ - Aygün Kazımova

  • / Maqazin / — 04 Yanvar 2022

    Afaq yenə soyundu – FOTOSESSİYA

  • / Maqazin / — 25 Dekabr 2021

    Pərvin mini ətəkdə elə poz verdi ki...- FOTOLAR

Yola, suya, işığa həsrət qalan Neftçala kəndləri - VİDEO

Tarix 14.01.22, 20:15

Font ölçüsü : - / +
bitmap-img6


Neftçalanın rayon mərkəzindən təxminən 20 km uzaqda yerləşən Mikayıllı, Sarıqamış, Dalğa, Saratski kəndlərinin daxil olduğu Sarıqamış kənd inzibati dairəsi gözdən uzaq, könüldən iraq düşüb. 

Sakinlər uzun illərdir yol, su, elektrik sarıdan korluq çəkir. Tibb məntəqəsinin olmaması isə başqa bir dərddir. Camaat deyir ki, elektrik dirəkləri elə naqillər kimi köhnəlib sıradan çıxıb. Kəndləri təmin edən elektrik transformatoru isə qəza və təhlükə mənbəyinə çevrilib. Bəs görəsən, yüzlərlə sakinin hər gün üzləşdiyi sosial problemlər nə zaman həllini tapacaq? 

Baku TV Sarıqamış kənd inzibati dairəsinin problemləri ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənib.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, adıçəkilən kəndlərin su təchizatının aparılması ilə bağlı bizim layihə təkliflərimiz var və hökumətə təqdim olunub.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlamasında bildirib ki, Neftçalanın Sarıqamış kəndinə gedən avtomobil yolu da daxil olmaqla, rayon üzrə təmirə ehtiyacı olan digər avtomobil yollarının da siyahısı tərtib olunaraq aidiyyəti üzrə təqdim olunub. Maliyyə vəsaiti ayrıldıqca təmirə ehtiyacı olan yolların yenidən qurulması növbəli şəkildə həyata keçiriləcək.

Ətraflı süjeti təqdim edirik:







Xəbərin oxunma sayı : 1813

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap