“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Zelenski Trampla görüşündən danışdı: Tramp qəti mövqedədir...

Tarix 07.12.24, 23:29

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makronla görüşün ilk təfərrüatlarını açıqlayıb.

Zelinski bu barədə X şəbəkəsində məlumat açıqlayıb: “Prezident Tramp, həmişə olduğu kimi, qəti mövqedədir, buna görə ona təşəkkür edirəm. “Biz xalqımız, döyüş meydanındakı vəziyyət və Ukrayna üçün ədalətli sülh haqqında danışdıq. Biz hamımız bu müharibəni mümkün qədər tez və ədalətli şəkildə bitirmək istəyirik”.

O əlavə edib ki, görüşdə işi davam etdirmək barədə razılığa gəliblər.

Ukrayna prezidenti jurnalistlərə açıqlamasında deyib ki, görüş konstruktiv keçib: “Sülh gücün hesabına mümkündür. Ab-hava vacibdir. Biz təbii ki, yalnız Ukrayna və ukraynalılar haqqında danışdıq. Onların Rusiya işğalına qarşı necə dayandıqlarından, onlara hansı dəstəyin lazım olmasından danışdıq. Və bu, ən vacib şeydir - ədalətli sülh və təhlükəsizlik zəmanətləri - Ukrayna üçün güclü təhlükəsizlik təminatları".

Ukrayna prezidentindən Trampın müharibəni bitirmək variantları ilə bağlı baxışı da soruşulub: "Bu gün biz müxtəlif məsələlərin müzakirəsi prosesindəyik. Biz daha çox işləməli və daha çox görüşməliyik. Komandalarımız da işləyəcək. Bu vacibdir. Hələlik nəsə haqqında danışmaq tezdir. Ukraynanın mövqeyi aydındır. Çox vacibdir ki, bizim tərəfdaşlarımız bizim mövqeyimizi başqasından yox, bizdən bilsinlər, Ukraynasız istənilən razılaşma mümkün deyil”. (musavat.com)



Xəbərin oxunma sayı : 997




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap