Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Zelenskidən etiraza qalxan xalqa müraciət:“Sizlərdən istifadə etmək istəyirlər“

Tarix 03.10.19, 22:32

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna Prezidenti Vladimir Zelenski “Ştaynmayer formulu”na qarşı etiraz aksiyası keçirənlərə video müraciət edib.

Müraciətində  V.Zelenski müraciətində etiraz edən Ukrayna vətəndaşlarının konstitusiya hüquqlarını tanıdığını bildirib və Ukraynanı təslim etməyə hazırlaşmadığını söyləyib.

“Hər bir vətəndaşın etiraz hüququna hörmət edirəm. Sizi eşidirəm və inanın, heç vaxt Ukraynanı təslim etməyəcəyəm. Eyni zamanda hamıdan xahiş edirəm ki, vəziyyətə sakit və diqqətlə yanaşsın və bəzi insanların manipulyasiyalarına və təxribatlarına yol verməsinlər. Həqiqətən də sizlərdən istifadə etmək istəyirlər, onların siyasi təqiblərinin qurbanına çevrilməyin və cinayət məsuliyyətindən yayının”, – deyə V.Zelensi müraciətində vurğulayıb.

Ukrayna Prezidenti əlavə edib ki, “Normand formatı” çərçivəsində keçiriləcək görüşdə Donbasın statusuna dair hər hansı sənəd imzalanmayacaq. Donbasın statusu haqqında qanun 2019-cu il dekabrın 31-nə qədər qüvvədədir.

“Donbasın statusu haqqında yeni qanun isə Ukrayna ictimaiyyətinin birgə müzakirəsi ilə hazırlanacaq. Ukraynanın milli maraqlarından kənar hər hansı hadisə baş verməyəcək”, – deyə V.Zelenski deyib.

Onun sözlərinə görə, Fransa, Almaniya və Rusiya liderlərinin iştirakı ilə keçiriləcək “Normand formatı” görüşündə Donbasda müharibənin dayandırılması müzakirə ediləcək.

“Donbasda tam atəşkəs bərpa edilməlidir və xarici ölkələrin ordusu vəziyyətə nəzarət etməlidir. Mənim mövqeyim dəqiq və aydındır, bu, bütün ukraynalıların mövqeyidir. Biz hamımız başa düşürük ki, Donbas Ukraynanındır. Ukrayna Luqansk və Donbas “xalq respublikalarının” nümayəndələri ilə hər hansı saziş imzalamayacaq”, – deyə V.Zelenski qeyd edib.

Xatırladaq ki, Almaniyanın sabiq Xarici İşlər naziri Frank-Valter Ştaynmayer 2015-ci ildə Ukraynanın cənub-şərqindəki münaqişə ilə bağlı təklif irəli sürüb. Həmin təklifə görə, Donbas regionuna orada növbədənkənar seçkilər keçirilən gün xüsusi status veriləcək. Ukrayna münaqişənin nizamlanmasına dair “Ştaynmayer formulu”na razılıq verib. Bundan sonra Ukraynanın bir çox bölgələrində, o cümlədən paytaxt Kiyevdə etiraz aksiyaları keçirilir/Azərtac.




Xəbərin oxunma sayı : 205




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap