“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

12 gündür uçan məktəb hasarı hələ də bərpa edilməyib - Fotolar

Tarix 02.11.24, 10:37

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda ötən ay yağan intensiv yağışlar nəticəsində Xətai rayonundakı 269 saylı məktəbin də hasarı aşıb. 

“Qafqazinfo” xəbər verir ki, “Bakı Gündəliyi” səhifəsinin yaydığı məlumata görə, hadisədən 12 gün keçsə də, bərpa işləri aparılmır: “Hasar oktyabrın 21-də axşamdan başlayan leysan ərəfəsində dağılıb. Lakin hadisədən 12 gün keçsə də, hasarın yenidən qurulması üçün iş görülməyib. Hasarın dağılan hissəsi demək olar, məktəbin əsas girişi ilə üzbəüzdür və uşaqlar bura tez-tez yaxınlaşır. Bundan başqa, hasarın digər hissəsinin də aşmaq təhlükəsi var. 

Əlavə olaraq qeyd edilib ki, beş il əvvəl avqust ayında da baş verən güclü yağıntı zamanı bu məktəbin hasarı dağılıbmış.

Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyətinə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”ya bildirildi ki, İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara məlumat verilib. Məsələ nəzarətdə saxlanılır.

Xatırladaq ki, sözügedən yağışlar nəticəsində Mərdəkan qəsəbəsində yerləşən 123 saylı orta məktəbin həyətyanı ərazisini əhatə edən hasarın da bir hissəsi uçmuş, tədris prosesi müvəqqəti dayandırılmışdı. 







Xəbərin oxunma sayı : 607




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap