“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

1300 erməni hərbçinin məhv edildiyi əməliyyat - ŞANLI TARİX

Tarix 08.04.21, 15:37

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanlı politoloq Andranik Ovannisyan Qarabağda 44 günlük döyüşlərin gedişatı ilə bağlı maraqlı açıqlamalar verib.

Modern.az xəbər verir ki, politoloq baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanla Qarabağ separatçılarının keçmiş hərbi komandiri Samvel Babayanın planı əsasında keçirilən uğursuz əməliyyat barədə danışıb. Onun sözlərinə görə, Lələtəpə istiqamətində müharibənin ilk günlərində həyata keçirilən əməliyyat erməni qoşunlarının darmadağın edilməsi ilə nəticələnib.

"Qarabağda 2020-ci ilin sentyabr-noyabr aylarında gedən döyüşlər zamanı Ermənistan ordusunun 5-ci korpusunun komandiri Andranik Piloyan Lələtəpə strateji yüksəkliyinin ələ keçirilməsi üçün öncədən məğlubiyyətə məhkum olan əməliyyat planı keçirməyə razılıq vermişdi. Əməliyyat baş nazirin həyat yoldaşı Anna Akopyan və "təhlükəsizlik şurasının eks-baş katibi” Samvel Babayan tərəfindən hazırlanmışdı. Əməliyyatın məqsədi keçmiş hakimiyyətin zəifliyini göstərmək üçün Lələtəpə yüksəkliyini yenidən ələ keçirmək idi”- deyə politoloq söyləyib.

O uğursuzluqla başa çatan əməliyyatdan sonra Ermənistan ordusunun Zəngilana qədər geri çəkilməyə məcbur olduğunu qeyd edib.

"Mənasız piar-aksiya xatirinə keçirilən əməliyyat zamanı 1300 hərbçi və onlarla tank itirdik. Yeni mövqelərdə möhkəmlənmək olmadı və artıq bir neçə saat sonra 5-ci korpus Piloyanın başçılığı altında Araz vadisindən Ermənistan sərhədlərinə qədər geri çəkildi”.

Əməliyyatın uğursuzluğunu ictimaiyyətdən gizlətmək üçün Paşinyanın korpus komandiri Andranik Piloyana "Milli Qəhrəman” adı verdiyi və sonradan fövqəladə hallar naziri təyin etdiyi də vurğulanır.



Xəbərin oxunma sayı : 889




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap