“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

14 şirkət rəhbəri məhkəməyə çıxarılır - Milyonluq tenderlərin “qalibi” olmaq sirrini açacaqlar

Tarix 20.09.23, 17:11

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda dövlət satınalmalarında ciddi qanun pozuntusuna yol verən şirkətlərlə bağlı prokurorluqda aparılmış cinayət işinin istintaqı yekunlaşıb. 

Qaynarinfo-nun məlumatına görə, istintaqda "Lm Holdinq-L", "T-Delta Group Lt", "Ural As Servis", "Zirfe Tim Corp", "Star-08 Lt", "Kremon", "Qlobus Azxx Kompany", "Gold Planet Lt", "Echo Moon Lt", "Qlobal 18 Corp", "Orlondo 22 Corp", "Alfa 99 Corp", "Tean Lm" və "Cfr 22 Corp" MMC-lər tərəfindən bəzi dövlət orqanları adından hazırlanmış sənədlərə müdaxilə edilməklə saxtalaşdırılması və dövlət satınalmalarının vahid internet portalı vasitəsilə satınalan təşkilatlara təqdim edilməsinə dair pozuntular aşkarlanıb. 

Sözügedən şirkətlərin rəhbərləri barəsində 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, ötən ilin dekabr ayında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusuna yol verən sözügedən şirkətlərlə bağlı Baş Prokurorluğa müraciət etmişdi. Məlum olub ki, adları cinayət işlərində hallanan şirkətlərin əkrəyiyyəti yeni yaradılıb. Həmçinin bir adamın adına bir neçə şirkət də eyni ünvanda və yaxud eyni vaxtda dövlət qeydiyyatdından keçərək, Səhiyyə Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və digər qurumların təşkil etdiyi milyonluq tenderlərin qalibi olub.



Xəbərin oxunma sayı : 736




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap