Hülya Avşar pozitiv olmağın sirlərini açıqladı - VİDEO Aygün Kazımova və Hadisədən sonra Gülay... - Fotolar Sevda Sanəliyeva ərə gedir - Üçüncü dəfə İstədiyim məbləği versələr lüt soyunaram - Afaq
Axtar
 
  • / Maqazin / — 22 Yanvar 2023

    Hülya Avşar pozitiv olmağın sirlərini açıqladı - VİDEO

  • / Maqazin / — 13 Yanvar 2023

    Aygün Kazımova və Hadisədən sonra Gülay... - Fotolar

  • / Maqazin / — 12 Yanvar 2023

    Sevda Sanəliyeva ərə gedir - Üçüncü dəfə

  • / Maqazin / — 11 Yanvar 2023

    İstədiyim məbləği versələr lüt soyunaram - Afaq

  • / Maqazin / — 06 Yanvar 2023

    “Mənimlə rəqabət aparanın ağlı yoxdur” - Roza

  • / Maqazin / — 02 Yanvar 2023

    Röya iki fərqli obrazda - FOTO

20 milyon zərər ödəyən sabiq nazirin məhkəməsi 2 həftəlik təxirə salındı - vəkili xaricə gedir

Tarix 23.01.23, 22:23

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

AzFakt.com xəbər verir ki, yanvarın 23-də hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə Səlim Müslümovun vəkilləri məhkəmənin təxirə salınmasını istəyiblər.

Səlim Müslümovun vəkili Ayxan Rüstəmzadə Azərbaycanda olmayacağını və 2 həftəlik ezamiyyətə yollancağını deyib. O məhkəmədən prosesin 2 həftə təxirə salınmasını istəyib. Hakimlər vəkilin xahişini nəzərə alıblar.
Növbəti proses fevralın 3-ə təyin olunub.

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.

O, rüşvət alma yolu ilə 13 milyon 296 min 355 manat, mənimsəmə yolu ilə 7 milyon 237 mib 188 manat, israf etmə yolu ilə 7 milyon 87 min 671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub. Səlim Müslümov məhkəmənin gedişində 20 milyon manat zərəri ödəyib.

İttihamda göstərilib ki, Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi dövrdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verib. Həmçinin o, müxtəlif bölgələrdə şəhid ailələri və müharibə əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün tikilən evlərə ayrılan pulların bir qismini mənimsəyərək vəzifə səlahiyyətlərindən sui-istifadə edib.
Ümumilikdə Səlim Müslümov hazırkı mərhələyə qədər cinayət işi ilə bağlı dövlətə dəymiş 27 milyon manat ziyanın 20 milyon manatını ödəyib. Həmçinin sabiq nazirin 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.

Məhkəməyə qədər həbsdə olan Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib, o, başqa yerə getməmək şərti ilə azadlığa buraxılıb. Məhkəmənin Səlim Müslümov barəsində həbslə əlaqəli olmayan hökm çıxaracağı gözlənilir.

 



Xəbərin oxunma sayı : 481

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap