“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Polkovnik Voronici Kiyevdə Rusiya agentləri olan azərbaycanlılar öldürüb? - FOTO

Tarix 13.07.25, 23:18

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki İvan Voronicin Kiyevdə qətlində şübhəli bilinən şəxslərin bu gün öldürüldüyünə dair məlumat yayılıb.

Hadisə ilə bağlı Ukraynanın məşhur jurnalisti Yuri Butusov bəzi detalları yayıb.

Jurnalistin yazısını təqdim edirik.

"Rusiya agentləri tərəfindən SBU polkovniki İvan Voroniçin qətli ilə bağlı bu vaxta qədər məlum olan bəzi faktlar.

Qətl iki rus agenti tərəfindən həyata keçirilib, onlar cinayətdən dərhal sonra isti izlərlə aşkarlanıblar. Onların bu işə qarışdığına dair sübutlar son dərəcə inandırıcıdır, çünki ruslar bu şəxslərdən birdəfəlik istifadə üçün yararlanıblar. Onlar digər əsirlərlə dəyişdirilmək üçün əhəmiyyətsizdirlər. Onlar bu işi yalnız pul qarşılığında görüblər və sifarişçidən başqa heç nə bilməyiblər. Bu səbəbdən hər ikisi silahlı müqavimət göstərib qaçmağa çalışarkən zərərsizləşdiriliblər. Onların külləri belə izsiz yox olacaq".

Sifarişli qətldə iştirak edən şəxslərin - Xəqani Quləlizadə və Nərmin Quliyevanın Azərbaycan vətəndaşları olduqları, lakin Rusiyadakı kriminal qruplarla sıx əlaqələri olduğu bildirilir.

Quliyeva 15 may tarixində Moldovadan Mayaki-Udobne sərhəd-keçid məntəqəsi vasitəsilə Ukraynaya daxil olub.

Xəqani isə 2025-ci ilin 27 fevralında həmin Mayaki-Udobne məntəqəsindən Ukraynaya rəsmi şəkildə daxil olmağa cəhd edib. Lakin Ukrayna hüquq-mühafizə orqanlarının məlumat bazasında onun mafiya üzvü olduğu göstərildiyinə görə, ona ölkəyə giriş rəsmən qadağan edilib və 2030-cu ilə qədər giriş yasağı tətbiq olunub. Yəni o, Ukraynada qanunsuz daxil olub.

Killerlərin əsas hədəfi məhz İvan Voroniç olub. İvan 2015-ci ildə işğal olunmuş ərazilərdə diversiya əməliyyatları üçün yaradılmış SBU-nun 5-ci Kontr-kəşfiyyat idarəsinin rəhbərlərindən biri idi. Bu bölmə, Rusiyanın onlarla tanınmış hərbi və xüsusi xidmət komandirlərini məhv edib. Son illərdə Voroniç SBU-nun başqa bir strukturunda xidmət göstərsə də, ruslar uzun müddətdir ona qisas almaq istəyib. Voroniç Rusiya üçün ən təhlükəli düşmənlərdən biri sayılırdı. O, Ukraynanın ən yüksək mükafatlarına layiq görülüb, karyerasını siyasi sifarişlərlə deyil, əməli işlərlə qurmuşdu və döyüş yoldaşlarının hörmətini qazanmışdı.

İvan Voroniç Rusiyada həyata keçirilmiş məşhur dron hücumunun planını cızanlardan biridir. Həmin hücum zamanı Rusiyaya 7 milyard dollarlıq ziyan dəymişdi.

Sayt bildirir ki, mərhum Voroniç Ukrayna Xüsusi Əməliyyat Mərkəzinin 16-cı İdarəsinin 1-ci bölməsinin böyük əməliyyatçısı idi.

Polkovnik Voroniç qeydiyyatda olduğu ünvan üzrə öz mənzilində yaşayırmış və bu ünvan bütün məlumat bazalarında göstərilib. Nəticədə rus agentləri binanın girişində müşahidə aparıb və qısa müddətdə zabiti izləyərək qətlini təşkil ediblər.

Bu, genişmiqyaslı işğal başlayandan bəri Kiyevdə dövlət vəzifəli şəxslərinə qarşı Rusiya xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmiş və sübuta yetirilmiş ikinci qətl cəhdidir. Daha öncə Kiyevdə, rus agentləri ZSU hərbi qulluqçusuna sui-qəsd təşkil ediblər və həmin şəxs möcüzə nəticəsində sağ qalmışdı.

img





Xəbərin oxunma sayı : 457




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap