Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

2600 dollara satılan pambığı hakimiyyət fermerlərdən 920 manata alır

Tarix 27.01.22, 17:45

Font ölçüsü : - / +
bitmap-img6


2022-ci ildən fermerlərdən 1 ton pambığın alış qiyməti təxminən 7 faiz (50 manat) artaraq 750 manata yüksəlir.

AzFakt.com xəbət verir ki, yeniliyi şərh edən iqtisadçı Rövşən Ağayev yazır: “İşçi qüvvəsi, texnika ilə becərmə və başqa xərclərdəki artımları demirəm, təkcə gübrələrin qiymətində son 1 ilin az qala 50 faizlik artım müqabilində pambığın alış qiymətinin 7 faiz yüksəlməsi yetərli sayıla bilməz.

Son 2 ildə dünya bazarında pambığın qiyməti davamlı artıb. Hazırda 1 ton pambığın (mahlıcın) ixrac qiyməti 2600 dolları ötür. Bu, 2020-ci ilin mart ayı ilə müqayisədə 35 faiz yuxarı qiymətdir”.

Ekspert Azərbaycan hökumətinin fermerlərə təhvil verdikləri pambığın hər tonuna görə 170 manat subsidiya ödəyəcəyini xatırladır:

“Subsidiya nəzərə alınmaqla hər ton pambığın fermer üçün satış qiyməti 920 manata təşkil edəcək. Ancaq becərmə xərclərinin çox yüksək artım tempi pambıq əkinlərində onsuz da aşağı olan mənfəəti azaldacaq”.



Xəbərin oxunma sayı : 379




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap