“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

4 aylıq şirkət MSK-ya İKT xidmətləri göstərəcək – Müəmmalı məqamlar

Tarix 29.01.23, 19:51

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Efaron Qrup” MMC (VÖEN-1307893541) olub.
MSK dairə seçki komissiyalarında mövcud olan əməkhaqqı və buna aid digər hesablamararın uçotu proqramına 2023-cü il ərzində illik xidmətin göstərilməsinə görə “Efaron Qrup” MMC -yə 44 min 486 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, 44,5 min manatlıq tender müsabiqəsinin qalibi olan “Efaron Qrup” MMC  tender elanından təxminən 4 ay əvvəl dövlət qeydiyyatına alınıb.
MSK tender elanını 28.12.2022-ci il tarixində elan edib. Qalib şirkət isə 24.08.2022-ci il tarixində qeydiyyata alınıb.
Maraqlıdır ki, xüsusi ixtisas və təcrübə tələb edən bu işləri görmək üçün cəmi 4 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Qeyd edək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.
Nizamnamə kapitalı 10 manat olan “Efaron Qrup” MMC-nin hüquqi ünvanı “Yasamal rayonu, H.Q.Mustafayev, ev 11”-də yerləşir. Qanuni təmsilçisi isə Kazımov Yaşar Şura oğludur.
Maraqlı məqamlardan biri də odur ki, son bir il ərzində “Efaron Qrup” MMC -nin dövlət qeydiyyatına alındığı ünvanda 200-ə yaxın şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi də eyni şəxslər olub və təsis olunduqdan qısa müddət sonra çoxsaylı tenderlərdə qalib olublar.
Cəmi 8 ay ərzində “Yasamal rayonu, H.Q.Mustafayev, ev 11” ünvanda qeydə alınan şirkətlər bunlar olub:





Xəbərin oxunma sayı : 364




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap