“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

4 ilə 9 stansiya necə tikiləcək? - Bakı metrosunun iddialı genişlənmə planları

Tarix 21.08.25, 23:00

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Metropoliteni “Yüksel Proje MMC” şirkəti ilə yeni müqavilə imzalayıb. Müqaviləyə əsasən, “Yaşıl xətt” üzrə Y14−Y17, “Bənövşəyi xətt” üzrə isə B5−B8 stansiyalarının, həmçinin Yaşıl və Qırmızı xətlərin ayrılması, “İçərişəhər” stansiyasında keçid kamerasının, geri dönüş tunelinin və yeraltı avtomobil dayanacağının layihələndirilməsi nəzərdə tutulur.

Rəsmi məlumata görə, müqavilənin dəyəri 35,4 milyon manat (20,8 milyon dollar) təşkil edir. Layihələndirmə işlərinin 2026-cı ilin martında başa çatması planlaşdırılıb. Bu isə o deməkdir ki, faktiki tikinti işləri məhz həmin ildən etibarən başlaya bilər. Artıq “İçərişəhər” stansiyası ətrafında ilkin layihələndirmə işlərinin aparıldığı müşahidə olunur.

2030-cu ilədək 9 stansiya realdırmı?

Metropolitenin yaydığı açıqlamaya görə, bütün işlərin 2030-cu ilə qədər yekunlaşdırılması nəzərdə tutulur. Bu müddətdə ümumilikdə 9 yeni stansiyanın istifadəyə verilməsi planlaşdırılır.

Lakin iqtisadçı ekspert Toğrul Maşallının sözlərinə görə, təcrübə göstərir ki, bu qədər qısa dövr ərzində bu həcmdə işlərin görülməsi real görünmür.

Ekspert xatırladır ki, adətən bir neçə il ərzində maksimum 1–2 stansiyanın açılması böyük nailiyyət hesab olunur. Onun fikrincə, hətta xətlərin ayrılması məsələsinin bir il ərzində həll edilməsi belə kifayət qədər ciddi iş sayılardı.

“Maraqlıdır ki, Bakı ilə paralel olaraq Tbilisi də metro genişlənmə planlarını açıqlayıb. Gürcüstan paytaxtında 2033-cü ilədək 7 stansiyadan ibarət üçüncü xəttin istifadəyə verilməsi nəzərdə tutulur. Layihənin maliyyələşdirilməsi də aydın şəkildə göstərilir: 2026-cı ildə 40 milyon dollar, sonrakı illərdə isə hər il 70 milyon dollar xərclənəcək.Azərbaycanda isə, müqavilə dəyəri açıqlansa da, ümumi layihənin tam maliyyətinə dair konkret məlumat ictimaiyyətə təqdim edilmir”, - Maşallı vurğulayıb.

Beləliklə, Bakı metrosunun qarşıdakı illərdə genişlənməsi ilə bağlı açıqlanan planlar olduqca iddialı görünür. Əgər rəsmi açıqlamalara inanılarsa, cəmi 4 il ərzində 9 stansiyanın istifadəyə verilməsi hədəflənir. Lakin ekspertlərin qiymətləndirməsinə əsasən, bu, realdan daha çox arzuya bənzəyir.



Xəbərin oxunma sayı : 250




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap