“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Binəqədi İcra Hakimiyyətinin baş məsləhətçisi milyonluq obyektə sahibdir - SƏNƏD

Tarix 20.08.25, 15:41

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda vəzifəli şəxslərin böyük bizneslərə, obyektlərə sahib olmaları artıq adi hala çevrilib. Dövlət qrumlarında işləyən məmurların sahib olduqları var-dövlətlə aldıqları məvaciblər isə böyük ziddiyyət təşkil edir.

Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Aparatın Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışan Dəmirli Seyfəddin Allahverdi oğlu dəyəri bir neçə milyon manat olan obyektə sahibdir. 

Açıklama yok.
 Dəmirli Seyfəddin

AzFakt.com-un əldə etdiyi məlumata görə Binəqədi rayon İcra Hakimiyyəti Aparatın Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Seyfəddin Allahverdi oğlu Dəmirli öz adına Bakı şəhəri Nərimanov rayon Əhməd Rəcəbli 186 ünvanında 4 mərtəbəli bir neçə milyonluq obyektə sahibdir. 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir ki, tikinti sahəsi 604.2 kvadrat olan 4 mərtəbəli zirzəmili, mansardalı obyektə 07584 nömrəli istismara hazırlıq rəyi FHN tərəfindən 23.06.2025-ci ildə verilib.
 
Ümumi sahəsi 3426.72 kvadrat olan obyektin hazırkı bazar qiymətinin  5 milyon manatdan çoxdur.    
 
Bildirək ki, Seyfəddin Dəmirli 2022-ci ilin iyul ayından Binəqədi Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi (mühəndis) vəzifəsinə təyin edilib.
 
O, əmək fəaliyyətinə 15.03.2018-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "Bakı 6 nömrəli Yol İstismarı” MMC-nin sahə rəisi kimi başlayıb.

Açıklama yok.





Xəbərin oxunma sayı : 2119




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap