“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Statistika Komitəsində yeni təyinatlar - Kadr dəyişiklikləri oldu + ADLAR

Tarix 21.10.26, 18:31

Font ölçüsü : - / +
bitmap-img6


Statistika Komitəsində yeni təyinatlar - Kadr dəyişiklikləri oldu + ADLAR
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri həyata keçirilib.

AzFakt.com xəbər verir ki, qurumun Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma, Keyfiyyətin idarə edilməsi və metaməlumatlar, Ticarət statistikası, Xidmət statistikası, Əhali statistikası və Sosial statistika şöbələri ləğv edilib.

Əvəzində Statistik vahidlərin reyestri və metodologiya, Statistik keyfiyyətin təminatı, Strateji inkişaf, Daxili ticarət və xidmət statistikası, Beynəlxalq ticarət statistikası, eləcə də Demoqrafiya və sosial statistika şöbələri yaradılıb.

Struktur dəyişiklikləri ilə əlaqədar bir sıra rəhbər vəzifələrə təyinatlar da aparılıb.

Sosial statistika şöbəsinin keçmiş müdiri Elçin Hacı Statistik vahidlərin reyestri və metodologiya şöbəsinin müdiri, Ticarət statistikası şöbəsinin keçmiş müdiri, Aida İbrahimova Daxili ticarət və xidmət statistikası şöbəsinin müdiri vəzifəsinə, Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin keçmiş müdiri Toğrul Əcəlov Beynəlxalq ticarət statistikası şöbəsinin müdiri, Əhali statistikası şöbəsinin keçmiş müdiri Rza Allahverdiyev Demoqrafiya və sosial statistika şöbəsinin müdiri vəzifəsinə təyin olunublar.

Bundan başqa, Dövlət Statistika Komitəsi sədrinin müşaviri İbrahim İbrahimova İnformasiya texnologiyaları şöbəsinin müdiri vəzifəsinin icrası həvalə edilib.



Xəbərin oxunma sayı : 169




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap