“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

500 incəsənət xadimi birgə bəyanat yaydı - İmamoğluya dəstək

Tarix 24.03.25, 14:09

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyədə 500 incəsənət xadimi birgə bəyanat yayaraq İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbs olunmasına etirazlarını bildiriblər.

Yeniavaz.com “Sözcü”yə istinadla xəbər verir ki, onlar sözügedən bəyanatı İmamoğlu saxlanılarkən də yayıblar.
“Biz qanunlardan özbaşına istifadə edilməklə müxalifətin susdurulmasına etiraz edirik. Bu, təkcə xalq tərəfindən seçilmiş şəxslərə qarşı deyil, milyonların iradəsinə də uzun müddətdir edilən müdaxilənin sonuncu mərhələsidir. Biz bu zülmü qəbul etmirik”, - bəyanatda deyilir.

Həmin incəsənət xadimlərinin arasında Azərbaycanda da kifayət qədər tanınan Ahmet Mümtaz Taylan, Ahmet Telli, Ahmet Ümit, Ataol Bəhramoğlu, Berna Laçin, Birsən Tezər, Bülənt Ortaçgil, Cahit Berkay, Ceylan Ertem, Defne Samyeli, Emin Alper, Erdal Güney, Haluk Bilginər, Haydar Ərgülən, Hayko Cepkin, İrem Sak, Levent Üzümcü, Mert Fırat, Nur Sürer, Rutkay Aziz, Suavi, Sunay Akın, Şükrü Erbaş, Vahide Perçin və Zülfi Livaneli kimi şəxslər, o cümlədən DUMAN və “Mor ve Ötesi” kimi məşhur musiqi qrupları da var.






Xatırladaq ki, martın 18-də İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun diplomu ləğv olunub. Bir gün sonra isə o saxlanılıb. Ötən gün – martın 23-də məhkəmə korrupsiya ittihamını əsas gətirərək İmamoğlu barəsində həbs qətimkan tədbiri seçib. Daha sonra o, İstanbulun bələdiyyə sədrliyindən uzaqlaşdırılıb.

Qeyd edək ki, martın 19-dan etibarən Türkiyənin əksər vilayətlərində, xüsusilə İstanbulda gemişmiqyaslı etiraz aksiyaları keçirilir.






Xəbərin oxunma sayı : 547




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap