Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

“2024-cü il Emmanuel Makronun karyerasında ən pis il olub“ - “Euronews”

Tarix 31.12.24, 15:58

Font ölçüsü : - / +
bitmap-img6


2024-cü il Fransa Prezidenti Emmanuel Makronun siyasi karyerasında ən uğursuz illərdən biri olub.

“Report” xəbər verir ki, “Euronews”un ilin ən uğurlu və uğursuz siyasətçiləri haqqında icmalında bildirilir ki, Fransadakı siyasi və iqtisadi çətinliklər onun karyerasını təhlükə altına alır.

Məqalə müəlliflərinin fikrincə, bir zamanlar Makron ən güclü və avropayönümlü milli liderlərdən biri hesab olunurdu, lakin indi görünür ki, onun qarşısında "axsaq ördək" olmaq dayanır.

Hər halda, bu il Fransa Prezidenti üçün fəlakətli olub. İyunda Avropa Parlamentinə seçkilərdə onun ifrat sağçı rəqibləri – “Milli Birlik” 81 yerdən 30-nu qazanıb. Bunun ardınca ölkədə keçirilən növbədənkənar seçkilər Milli Assambleyada mərkəzçi çoxluğun itirilməsi ilə nəticələnib.

Sabiq Avropa komissarı Mişel Barnyenin rəhbərliyi altında hökumət qurmaq cəhdi 2025-ci il büdcəsi üzrə konsensusa nail olmağa çalışarkən uğursuzluğa düçar olub.

Onun varisi, makronçu Fransua Bayrunun daha çox şeyə nail olacağı fakt deyil. Bundan əlavə, Paris avrozonada ən yüksək kəsirlərdən birini azaltmağı tələb edən Brüsselin təzyiqi altındadır.



Xəbərin oxunma sayı : 580




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap