![]() |
|














“İşgəncə verib deyirdi ki, Mübariz də sənin kimi vətən xaini olub” – “Tərtər işi” ilə bağlı DƏHŞƏTLİ FAKTLAR
Tarix 19.04.23, 22:00 |
|

Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi”ndəki işgəncələrə görə bir qrup hərbi qulluqçunun məhkəməsi davam edir. Hazırda Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayevin sədrlik etdiyi məhkəmə prosesində zərərçəkənlər ifadə verir.
AzFakt.com Musavat.com”-a istinadla xəbər verir ki, məhkəmənin əvvəlində zərərçəkmiş Bəhruz Novruzovun anası Aygün Novruzova məhkəmədə oğlunu təmsil etmək üçün etibarnamə təqdim edib. Ana 5 il əvvəl oğluna verilən işgəncələrdən psixi durumunun yerində olmadığını, ona görə də oğlunu hər yerdə özünün təmsil etdiyni deyib.
“Bakı Apellyasiya Məhkəməsinin hakimi oğlumu kalyaskada gördü, ağlamaq tutdu”
Hakim: “Danışın. Oğlunuzun başına nə gəlib?”
Aygün Novruzova: “2017-ci ilin may ayının 3-də tutub əl-qolunu, gözünü bağlayıb aparıblar Hikmət Həsənovun yanına. H. Həsənov da deyib ki, boynuna al, sən erməniyə getmisən. Oğlum da deyib, cənab general, mən satqınlıq etməmişəm. H. Həsənov da orda olan maskalılara deyib, aparın bunu, ağlı başına gəlsin. Oğluma o qədər işgəncə veriblər... Bədəninə o qədər tok veriblər ki, gözləri pırtdayıb, həqəsindən çıxıb, biz 5 ildir müalicə etdiririk, pul tökürük, gözlərini yerinə oturda bilmirik”.
Aygün Novruzovanın tələbi oğlunun müalicəsi ilə bağlı olub: “Evimizi də satıb, ölkədaxili müalicələrə xərcləmişik. 5 ildir ki, yollarda qalmışam. Şikəst elədikləri oğluma tək baxıram. Oğlum işgəncələr nəticəsində 95 kilodan 45 kiloya düşmüşdü. Ona 4 ay həbs sanksiyası veriblər. Sənədinə yazıblar ki, guya hündürlükdən yıxılıb, xəsarətlər də ondandır. 10 ay türmədə qalıb. Hakim özü də görürdü ki, məsələ hündürlükdən yıxılmaq deyil, ancaq göz yumurdu. Aldığı işgəncələrdən psixikası pozulub. Tələb edirəm ki, onu bu günə qoyanlar sağaldıb, özümə qaytarsınlar. Türkiyədə müalicəsi var, ancaq aparmağa pulumuz yoxdur”.
Zərərçəkmişin nümayəndəsi deyib ki, oğluna dəymiş maddi və mənəvi zərərə görə Nəsimi rayon Məhkəməsində iddia qaldırıblar. Məhkəmə 20 min manat təzminat kəsib: “Nəsimi məhkəməsi 20 min manat kompensasisya kəsdi. Maliyyə Nazirliyi apellyasiya şikayəti verdi, Bakı Apellyasiya Məhkəməsinin hakimi oğlumu kalyaskada gördü, ağlamaq tutdu. Nəsimi rayon Məhkəməsinin qərarını qüvvədə saxladı. Ancaq Maliyyə Nazirliyi götürüb Ali Məhkəməyə kassasiya şikayəti verdi”.
Hakim:“Siz məhkəmə çıxışları başlananadək məhkəməyə mülki iddia təqdim edə bilərsiz”.
Sonra hakim Bəhruz Novruzovun ibtidai istintaqa verdiyi ifadəsini elan edib. Bəhruz Novruzov öz ifadəsində yazıb ki, siqareti bədənində söndürüblər, kauçuku əridib ayaqlarına töküblər, bədənini toka veriblər, başına dəsmal bağlayb, suda boğublar, dizlərinə hər iki tərəfdən dəmir parçası soxublar. İşgəncələr Hikmət Həsənovun yanında verilib.
“Hikmət Həsənov da işgəncə yerində idi, hərbi prokuror Xanlar Vəliyev gəldi…”
Sonra zərərçəkən Rəfael Emçiyev ifadə verib. Deyib ki, onun və hərbçi yoldaşlarının əl-qolunu, gözlərini bağlayaraq hərbi hissə komandiri Vüsal Ələsgərovun yanına aparıblar. Qarşısında bizi diz çökdürdülər. Vüsal Ələsgərov ondan “neytralda nə gəzirdin?” deyə, soruşub. O isə neytral zonada olmadığını deyib. Bundan sonra işgəncələr başlayıb: “Məni “çaynı” deyilən otağa apardılar. Rəşid Niftəliyev (təqsirləndirilənlərdən biri) yanıma gəldi, dedi, nə olubsa, aç de ki, sənə kömək edə bilək. Mənsə bildirdim ki, axı heç nə olmayıb, nəyi açım deyim? Ondan sonra dəhşətli işgəncələr başladı…”.
Zərərçəkən üzünü şüşə qəfəsdə əyləşən Vüsal Ələsgərova tutub: “Burda deyirsən ki, əmr yerinə yetirmisən. Məndə sənə deyirəmki, sənə əmr vermişdilər ki, araşdırasan. Daha deməmişdilər ki, adamlara işgəncə verəsən. Hikmət Həsənov da işgəncə yerində idi, hərbi prokuror Xanlar Vəliyev gəldi, şəxsən mənə dedi ki, boynuna al ki, sən vətən xainisən. Sənədlərə qol çək. İşini yüngülləşdirərik, sənə rüşvət ittihamı ilə 2 iliş verərik, 2 ildən sonra azadlığa çıxarsan. Dedim, axı vətən xaini olar uzağı 100- 200 nəfər. 1000-2000 nəfər vətən xaini olar?”.
Vəkillər zərərçəkənə suallar verəndə məlum olub ki, ovə hərbçi yoldaşları əl-qolu bağl aparılmamışdan bir müddət əvvəl başqa tabora gedib-qayıdıblarmış: “Vüsal Ələsgərov bizi hardasa 1 ay əvvəl başqa tabora göndərmişdi. Turan İbrahimlinin olduğu tabora... Təxminən 10 gün orda qaldıq, sonra bizi geri – öz taborumuza qaytardılar. Sonra da xəbər çıxdı ki, getdiyimiz həmin taborda hadisə baş verib, bütün taboru yığıb aparıblar, işgəncə veriblər. Həmin tabora gedib-qayıtmışdıq deyə, bildik ki, bizi də gəlib aparacaqlar. Elə də oldu”.
Zərərçəkən ifadəsində onu da deyib ki, Mingəçevirdəki N saylı hərbi hissədə işgəncələr veriləndən sonra ona və işgəncə görmüş başqa hərbçilərə bir kağıza qol çəkdiriblər ki, 5 il ölkədən çıxmaq, müayinə üçün harasa müraciət etmək olmaz.
O, hakimin “tələbiniz nədir” sualına “daha yüksək rütbəli şəxslərin cəzalandırılmasını tələb edirəm”, - deyə cavab verib.
“İşgəncə verənlərə Hikmət Həsənov əmr verib, işçgəncələrdə müstəntiqlərdə olub”
Sonra zərərçəkən Faiq Əhmədov ifadə verib. O, N saylı hərbi hissənin tağım komandiri olub. Deyib ki, Goranda təlimdə olarkən ona məzuniyyətə çıxdığı bildirilib. O da silahını təhvil verib:“Silahı təhvil verib “UAZ”a mindim. Gördüm ki, arxada maskalılar oturub. Gördüm ki, yol da dəyişdi, başqa yerə sürürlər. Bir az getmişdik ki, maşını saxlayıb, məni yerə atdılar, təpiklədilər, əl-qolumu bağladılar. Qərargahın qabağına apardılar. Dedilər, Hikmət Həsənov gələcək, ona cavab verəcəksən. Sonra Hikmət Həsənov da gəldi, dedi, vətənə xəyanət eləmisən. Mən vəkil tələb etdim. Dedi, aparın bunu, başa salın, ağlı başına gəlsin. Məni içəri aparanda insanların ah-naləsini eşidirdim. Orda Mehman Hüseynovu gördüm. (İşgəncələrdən dünyasını dəyişmiş manqa başçısı Mehman Hüseynov nəzərdə tutulur). Deyəsən ona butulka edirdilər, çünki “ay ana, öldüm” deyib, bağırırdı”.
Faiq Əhmədov deyib ki, ona işgəncə verib, hərbçi yoldaşı Sultan Zeydullayevin üzünə durğuzublar: “Deyirdilər ki, ikiniz birlikdə erməniyə getmisiz”.
Zərərçəkən ifadə verərkən məhkəmə salonundakı başqa zərərçəkən Bariz Cəfərov yerindən qışqırdı: “Bu adam and içdi ki, düz danışacaq, amma səhv danışdı. Mən də daxil, çox adamın üzünə durub. Kazımov Süleyman bu adamın üzündən işgəncələrdən öldü”.
Faiq Əhmədov: “Süleymanı orda görmüşəm, çox işgəncə verilmişdi, ancaq mən onun üzünə durmamışam”.
Bariz Cəfərov: “Bu adam bizim üzümüzə durub, ona görə Süleyman ölüb. İndi gəlib bizimlə burda, bizim yanımızda oturub. Necə olur ki, mən də zərərçəkən sayılıram, o da”.
Faiq Əhmədov: “Oradahamı bir-birinin üzünə dururdu. Elə işgəncələrverirdilərki, dözməkolmurdu. Mənxoşluqlaheç kimin üzünə durmamışam. Heç kimxoşluqlabir-birinin üzünə durmayıb. AmmaDTX-də yazdırandademişəmki, oifadələrnə yollaalınıb. Mənimdə üzümə duran çoxolub”.
Faiq Əhmədov ifadəsinin sonunda deyib ki, işgəncə verənlərə Hikmət Həsənov əmr verib, işçgəncələrdə müstəntiqlərdə olub. Onların da məsuliyyətə cəlb olunmasını tələb edib. O, bununla bağlı məhkəməyə vəsatətdə verib.
Hakimsə deyibki, indikimərhələdə vəsatətə baxılabilməz: “Vəsatətirəddetmirik, ancaqbaxılmasını təxirə salırıq. Sizinvəsatətdə göstərdiklərinizə münasibətbildirmək üçüngərəkəvvəlcə bütünifadələralınsın”.
Sonra Bariz Cəfərov zərərçəkənkimiifadə vermək üçün tribunaya dəvət olunub. O, tribunaya yaxınlaşsa da, ifadə vemək istəməyib.
Bariz Cəfərov:“Mən 6 ildir ki, əziyyət çəkirəm. Verilmiş işgəncələrin izi hələ də bədənimdədir. Bura gəlməmişdən sizi də (hakimi) araşdırdım. Siz də Tərtərdə müstəntiq işləmisiz, sizə də inanmıram. Heç kimə inamım qalmayıb”.
Hakim: “Siz düz araşdırmamısız. Mən bircə gün də müstəntiq işləməmişəm. Bir az da təmkinli olun, bura məhkəmədir.
Bariz Cəfərov: “Mən bu adamları tanımıram. Maşıyevgilin işi gəlib bura. Onda çağırarsız, gəlib ifadə verərəm. Mənə onlar işgəncə verib”.
“Hikmət Həsənov mənə dedi ki, xainsən. Məni təpiklədi”
Maraqlı ifadələrdən biri Yusif Əsədovun idi. Çünki “Tərtər işgəncələri” adlı səhifə onun olduğu bölükdən açılıb. Zərərçəkən özü də bu barədə danışıb: “Bilirsiniz ki, hər şey bizim bölükdən başlayıb. Mənim tabeliyimdə olan əsgər Turan İbrahimli aprelin 28-də gecə saat 12-də silahı da götürüb döyüş postunu tərk etmişdi. Mən həmin vaxt istirahət edirdim. Xəbər verdilər ki, əsgər yoxdur. Axtarışa başladıq, qərargaha xəbər verdik. Onu minalanmış ərazinin yaxınlığından tapdıq. Soruşduq ki, niyə o tərəfə keçmək istəyirdin? Gah dedi, leytena tyoldaşımızın intiqamını almaq istəyirdim, gah dedi, başımdan vurdular, məni havayla apardılar o tərəfə... Sabahı gün mənə hərbi hissədən zəng gəldi, dedilər ki, əsgər İbrahimlini guya incitmişəm. Sonra da onun üçün məzuniyyət kağızı yazmağımı tapşırdılar. Sabahı gün Mehman Hüseynovun manqasına gəlib axtarış apardılar, onları yığıb apardılar. Sonra gəlib bizim taboru da mənimlə birlikdə döyüş postundan aşağı düşürtdülər. Məni qırmızı maşında aparırdılar. Yarı yolda düşürüb, “UAZ”a mindirdilər. Bizi köhnə briqdaya apardılar. İçəri girən kimi Mehmanın manqasını gördük. Onun manqasındakı əsgərlərin hamısını çılpaq soyundurmuşdular. Sonra həkimlər bizi də müayinə etdilər. Hərbi polisin rəisi, hərbi prokuror, general Hikmət Həsənov - hamısı orada idi. Hikmət Həsənov mənə dedi ki, xainsən. Məni təpiklədi. Mehmana o qədər işgəncə verilmişdi ki, demək olar, ölmüşdü. Hikmət Həsənov Mübariz Rzayevə tapşırdı ki, apar bunu. Mübariz Rzayev məni aparanda Mehman yerdə işgəncələrdən hərəkətsiz vəziyyətdə qalmışdı. Dedim, Mehmanı niyə bu günə qoyublar? Mübariz Rzayev dedi, darıxma, səni də o günə qoyacaqlar. Məni maskalılara verdi, işgəncələr başladı, başıma dəsmal keçirdib, suda boğdular, toka verdilər.
Qonşu otaqda Babək Əliyevə işgəncə verilirdi. Səsi gəlirdi. Babək milli qəhrəman Mübariz İbrahimovun xalası oğludur. Babəkə deyirdilər ki, denən erməniyə keçmisən. Denən vətən xainisən. Mübariz də sənin kimi vətən xaini olub”.
Babək Əliyev də zərərçəkəndir və məhkəmə zalında idi. Ayağa qalxaraq deyilənləri təsdiq etdi. Ancaq həm də dedi ki, zərərçəkən Yusif Əsədova görə işgəncəyə məruz qalıb.
Yusif Əsədov belə cavab verib: “Orada hamı kimə görəsə işgəncəyə məruz qalıb, bir-birinin üzünə durub. Mən 18 ay həbsdə olmuşam. Məqsədim yalan danışmaq olsaydı, orada da deyərdim”.
Vəkil Əhməd Fərhadov Yusif Əsədova işgəncələrlə bağlı suallar verib. Əhməd Fərhadov vaxtilə Yusif Əsədovun vəkili olub, hazırda isə təqsirləndirilənlərdən birinin vəkilidir.
O, Yusif Əsədova bəzi məsələlərdə yalan danışdığını deyəndə Yusif Əsədov belə cavab verib: “Siz o vaxt mənim vəkilim idiz, hər şeyi də yaxşı bilirsiz. İşgəncə izləri hələ də bədənimdə qalıb, açıb göstərə də bilərəm.
Hakim üzünü vəkilə tutur: “Fərhadov, sizin hərəkətiniz etik deyil. Vaxtilə bu adamın vəkili olmusunuz, nəyə lazımdır ki, o vaxt müvəkkilinizlə bağlı olanları indi burda ona qarşı deyirsiniz?”
Hakim Yusif Əsədova sual etdi: “Siz kiminsə üzünə durmusunuz?”
Yusif Əsədov: “Allahverdiyev Elmarın üzünə durmuşam, ikimizə də işgəncə verilib, bir-birimizin üzünə durmuşuq, guya erməniyə getmişik”.
Sonra zərərçəkən Bəhruz Novruzovun nümayəndəsi olan anası Aygün Novruzova ayağa qalxaraq təqsirləndirilən şəxs Rüstəm Ələsgərova sual verib: “Oğlum sənin adını çəkir. Bilmək istəyirəm ki, sənə kim göstəriş vermişdi ki, oğluma işgəncə verəsən?”
Rüstəm Ələsgərov: “Sizin oğlunuzla məni 2018-ci ilin yanvarında üzləşdirdilər, məlum oldu ki, onun məndən şikayəti əsassızdır. Burada artıq yeddinci məhkəmə iclası keçirilir, hələ heç bir zərərçəkmiş deməyib ki, mən ona işgəncə vermişəm”.
İşgəncələrdən dünyasını dəyişmiş Elçin Quliyevin hüquqi varisi (anası) Validə Əhmədova: “Fərzəliyə də işgəncə vermisən”.
Rüstəm Ələsgərov: “Fərzəli burada ifadə verəndə də dedi ki, guya onu döymüşəm. Onu da ehtimalla dedi, dəqiqliklə demədi.
Üzünü hakimə tutub deyir: “Ümumiyyətlə, mən işgəncə verilən binanın mühafizəsində olmuşam, içəri girməyə icazəm, səlahiyyətim olmayıb. Ancaq boynuma ölüm işləri qoyublar. Guya mən 5 gün ərzində 100 adama işgəncə vermişəm. Mən nəyəm bəyəm, Remboyam?”
Proses boyunca 115 nəfər zərərçəkmiş dindirilib. Məhkəmə iclası bundan sonra təxirə salınıb.
Xəbərin oxunma sayı : 1741
Gündəm
Xəbərlər
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
-
Arvadını öldürmək istəmişdi - 15 il həbs verildi
-
Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
-
Trampdan daha bir qalmaqallı qərar - Braziliyaya 50% rüsum tətbiq etdi
-
Azərbaycan məktəblərində rus bölmələri bağlanır? - Rəsmi cavab
-
Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Bağ evi almaq müşkülə çevrilib: Hansı ərazilərdə qiymətlər od tutub yanır?
-
Yol polisindən yağışlı hava ilə bağlı - Müraciət
-
Bakıda iş adamının 2 villasını soydular - Yarım milyon manat oğurlandı
-
Kredit borcu olanların NƏZƏRİNƏ - Manatın məzənnəsi dəyişərsə...
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
İlham Əliyevlə Paşinyanın görüşü başladı - FOTO/VİDEO
-
Fahreddin Altun vəzifəsindən azad edildi - Yeni TƏYİNAT
-
Direktor və müavinlər... - Daha bir kollecdə yeni təyinatlar olub
-
Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU
-
Böyük Britaniya və Fransa bəyannamə imzalayacaq - Nüvə sahəsində
-
Klublararası Dünya Çempionatı: PSJ "Real"ı darmadağın edərək finala çıxdı
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
TOP 10
ARXİV