Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“ƏDV geri al” adı ilə də dələduzluq edilir - Xəbərdarlıq

Tarix 31.07.24, 14:16

Font ölçüsü : - / +
bitmap-img6


Son zamanlar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) adından yaradılan saxta elektron resurslar vasitəsilə həqiqətəuyğun olmayan məlumatların yayılması və digər sui-istifadə halları artmaqdadır.

AzFakt.com xəbər verir ki, bu barədə DVX məlumat yayıb.

"Kiberdələduzlar Dövlət Vergi Xidmətinin və quruma aid olan internet səhifələrinin elektron ünvanlarına oxşar saxta saytlar və səhifələr yaradaraq müxtəlif məzmunlu məlumatlar təqdim edir, yaxud saxta keçidə daxil olmaqla, zərərli faylların istifadəçilərin elektron avadanlıqlarına yüklənməsini həyata keçirirlər. Əhalinin "ƏDV geri al” layihəsi çərçivəsində www.edvgerial.az portalından fəal istifadə etdiyini nəzərə alan dələduzlar ƏDV-nin bir hissəsinin geri qaytarılmasını vəd edən saxta elektron ünvanlar yaradır və internet üzərindən vətəndaşların şəxsi və bank məlumatlarını ələ keçirərək onlara məxsus vəsaitləri mənimsəməyə çalışırlar.

Dövlət Vergi Xidməti ictimaiyyətə müraciət edərək heç bir halda şəxsi və bank məlumatlarını şübhəli portallara daxil etməməyə çağırır. Şəxsi həyatın toxunulmazlığını təmin etmək və maliyyə itkilərinə məruz qalmamaq üçün elektron ünvanların dəqiqliyinin yoxlanılması və yalnız rəsmi elektron mənbələrdən istifadə edilməsi zəruridir.

Xidmətin rəsmi internet resurslarının ünvanlarını bir daha ictimaiyyətin diqqətinə təqdim edirik: Rəsmi internet saytı - www.taxes.gov.az.

İnternet Vergi İdarəsi - www.e-taxes.gov.az "ƏDV geri al” layihəsi çərçivəsində yaradılmış sayt - www.edvgerial.az.

Yuxarıda qeyd olunanlarla bağlı hansısa şübhəli hallarla qarşılaşdıqda, bu haqda Dövlət Vergi Xidmətinə məlumat verilməsini xahiş edirik”, - məlumatda vurğulanıb.



Xəbərin oxunma sayı : 598




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap