“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Şəhid Araz Seyfullayevin DOĞUM GÜNÜDÜR

Tarix 28.05.22, 14:12

Font ölçüsü : - / +
bitmap-img6


Şəhid Seyfullayev Araz Elsevər oğlu 28 may 2022-ci il tarixdə doğum günüdür. 

Şəhid Seyfullayev Araz Elsevər oğlu 28 may 2001-ci il tarixdə Masallı rayonu Digah qəsəbəsində anadan olub.

2007-ci ildə Masallı rayonu Digah 4 saylı orta məktəbinin 1-ci sinifinə getmiş 2018-ci ildə həmin məktəbi bitirmişdir.

2019-cu ildə həqiqi hərbi xidmətə çağrılmış, hərbi xidməti xüsusi təyinatlı qüvvələrdə xidmət etmişdir.

4 oktyabr 2020-ci il tarixdə Fizuli Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

8 oktyabr 2020-ci il tarixdə Masallı rayonu, Digah qəsəbəsində  torpağa  əmanət  edilmişdir.

Şəhdimizin anası Günay Seyfullayeva deyir ki, Araz XTQ-yə seçiləndə biz təkid elədik ki, sənin üçün çətin olacaq, Araz isə fikrində qəti idi. Onu çox sorğu-suala tutsaq da, “narahat olmayın, hər şey əladır” deyərdi. Araz hər zaman Vətən sevgisi ilə yaşayıb və torpaqlarımızın işğaldan azad edilməsi onun ən böyük arzularından biri olub. Ona görə də Araz hərbi xidmətdə olduğu dövrdə ancaq döyüş bölgəsində xidmət etmək istəyirdi.

Şəhidin kiçik qardaşı Murad bir neçə aydır ki, daxili qoşunlarda hərbi  xidmətdədir.

Qalib əsgər kimi Vətənə xidmət edən Murad şəhid qardaşı Arazın işğaldan azad etdiyi torpaqları göz bəbəyi kimi qoruyacağına söz verib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Araz Seyfullayev ölümündən sonra  “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda, Sücaətə görə, Cəsur döyüşçü və Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.







Xəbərin oxunma sayı : 673




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap