Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

İçki içdi, 14 dəfə 102-yə zəng vurub qardaşından şikayət etdi - Gədəbəydə ilginc olay

Tarix 07.06.23, 20:00

Font ölçüsü : - / +
bitmap-img6


Gədəbəy rayonunun Qumlu kəndində DİN-nin 102 xidmətinə 14 dəfə zəng edən şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 1981-ci il təvəllüdlü Zamin Qurbanov (ad-şərti) mütəmadi olaraq qardaşı Namiq Qurbanovun saxta əlillik alması ilə bağlı 102-yə müraciət edib.

Bu müraciətlərdən əvvəl də içki qəbul edərək küçədə qardaşı ilə səs-küy saldığı üçün 10 günlük həbs olunub. Zamin Qurbanov həbsdən çıxdıqdan sonra yenidən qardaşından DİN-nin 102 xidmətinə 14 dəfə zəng vurub.

Zamin Qurbanovun son şikayətinin araşdırılması üçün evinə gələn polislər onun yenidən içkili olduğunu müəyyən ediblər. O, saxlanılaraq polis bölməsinə aparılıb və barəsində protokol tərtib edilib. İş araşdırılması üçün məhkəməyə göndərilib. 

Zamin Qurbanov məhkəmə ifadəsində bildirib ki, həmin gün 250 qramlıq araq içib. Sonra ona məlum olub ki, ona məxsus telefon, pul kartı və digər əşyalar itib. Qardaşından həmin əşyaların harda olmasını soruşduqda xəbərinin olmadığını bildirib. Ona görə də, əşyaların tapılması üçün DİN-nin 102 xidmətinə 14 dəfə zəng vurub. 

Məhkəmənin qərarı ilə Zamin Qurbanov İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs olunub.



Xəbərin oxunma sayı : 388




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap