Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO Nigar çimərlik geyimində poz verdi - Fotolar
Axtar
 
  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

Əli Abbasovun sabiq köməkçisi Ehtiram Xəlilov - İndi də İdarəetmə Sistemləri İnstitutunda baş roldadır...

Tarix 01.03.24, 10:14

Font ölçüsü : - / +
bitmap-img6


İdarəetmə Sistemləri İnstitutunda baş menecer vəzifəsində çalışan Ehtiram Xəlilov bu qurumda Əli Abbasovdan sonra ikinci adama çevrilib...
 
Bu barədə AzFakt.com-a verilən məlumatda deyilir.
 
Məlumata görə sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov İdarəetmə Sistemləri İnstitutuna baş direktor təyin edildikdən sonra Ehtiram Xəlilovu yanına gətirərərk baş menecer vəzifəsinə təyin edib.

Açıklama yok.
Ehtiram Xəlilov 
 
Ehtiram Xəlilovun hazırda İnstitututda söz sahibi olduğu, səlahiyyətlərindən kənar işlər gördüyü deyilir. O, əslində institutda Əli Abbasovdan sonra ikinci adama çevrilib və bütün institut çalışanları artıq bunun fərqindədirlər. Hətta məsələ o yerə çatıb ki, İdarəetmə Sistemləri İnstitutunda təmir işlərini və inventar alınmasını belə Ehtiram Xəlilov həyata keçirir.
 
Açıklama yok.

Onun bir neçə ildir İdarəetmə Sistemləri İnstitutun aparılan təmir işlərində, İnstituta inventarların alınmasında maxinasiyalar etdiyi, bununla da həm özünə, həm də Əli Abbasova külli miqdarda vəsait topladığı iddia edilir.
 
“Ehtiram Xəlilov Əli Abbasovun həmyerlisi həm də qohumudur. Əli Abbasov Rabitə və Yüksək Texnologiyalar naziri işləyərkən Ehtiram Xəlilov onun köməkçisi olub. Ehtiram Xəlilov uzun illərdir Əli Abbasovla işləyir, buna görə də hamı onu sabiq nazirin "qara kassası" sanır. Əli Abbasov İdarəetmə Sistemləri İnstitutuna baş direktor təyin edildikdən sonra Ehtiram Xəlilovu gətirib ən gəlirli-yeyintili yerə təyin etdi. Halbuki bu şöbədə illərlə çalışan, İdarəetmə Sistemləri İnstitutuna ürəkdən can yandıran insanlar var idi. O adamlar qala-qala Əli Abbasov öz adamını bu vəzifəyə təyin etdi. İnstitutda avadanlıqlar, əsasən də komputer avadanlıqları köhnədir. Amma hər il büdcədən yeni avadanlıqlara vəsait ayrılır. Ayrılan vəsaitlər hamısı kağız üzərində xərclənir”, deyə məlumatda vurğulanır.
 
Açıklama yok.

Qeyd edək ki, Əli Abbasov 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, 2004-2015-ci illərdə Rabitə və İnformasiya texnologiyaları naziri vəzifələrində çalışıb. Onun adı “MTN işi” cinayətlərində hallanıb və keçmiş nazirin həbs olunacağı bir müddət gündəmdə olub. 
 
Əli Abbasov 2015-ci ilin noyabr ayının 12-də nazir vəzifəsindən azad edildikdən 1 ay sonra köməkçisi Ehtiram Xəlilov nazir köməkçisi vəzifəsindən azad edilib.



Xəbərin oxunma sayı : 1306




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap