Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Əli Həsənovla birlikdə milyonları mənimsəyənlər Mürvət Həsənli ilə Abdin Fərzəliyevdir” - Aslan İsmayılov

Tarix 10.09.21, 17:00

Font ölçüsü : - / +
bitmap-img6


“Uzun müddətdir ki, ölkənin Baş Prokuroru Kamran Əliyevə KİVDF işində ciddi qanun pozuntularına yol verildiyini yazıram, ancaq heç bir cavab almadım. KİVDF işində bütün cinayətlərin başında Prezidentin keçmiş köməkçisi Əli Həsənovun durduğunu artıq bu iş üzrə həbsdə olan Vüqar Səfərli də bildirir. Bu iş üzrə "Xəmsə" və "Altun" restoranlarının icarədərları da cinayət məsuliyyətinə cəlb edilib və haqlarında həbssiz qətimkan tədbiri seçilib. Bilirsinizmi niyə?! Prokurorluq çox gözəl bilir ki, icarədarlar o restoranlardan qərar qəbul edib milyonlar mənimsəyənlər olmayıblar, onlar sadəcə inzibatçı vəzifəsini yerinə yetiriblər və onlar haqqında həbslə bağlı qərar verilərsə susmayacaqlar, həqiqi cinayətkarların adlarını çəkəcəklər. Prokurorluq da onlara söz verib ki, susacaqları təqdirdə onlar haqqında şərti cəza veriləcək və çəkdikləri əzablara görə də əsas suçlular lazım gələni edəcəklər”.

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

“Bu restoranlarda qərar qəbul edən və Əli Həsənovla birlikdə milyonları mənimsəyənlər həmin restoranların sahibləri olublar. "Xəmsə" restoranının sahibi Mürvət Həsənli, "Altun" restoranın sahibi isə Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyevdir. Bunun üçün uzun istintaqa, böyük araşdırmaya ehtiyac da yoxdur. Dövri mətbuatda adları çəkilən şəxslərin Əli Həsənovla işbirliyini araşdırmaq kifayət edir”.



Xəbərin oxunma sayı : 1045




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap