Vəzifəli şəxs Kəmaləyə ev və maşın hədiyyə edib - VİDEO “Sevgilim Azərbaycanda yaşamır“ - Pərvin Abıyeva Günay açıq-saçıq fotoları ilə gündəm oldu - FOTO Pərvinin ilham verən saç modelləri... - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 24 Yanvar 2022

    Vəzifəli şəxs Kəmaləyə ev və maşın hədiyyə edib - VİDEO

  • / Maqazin / — 19 Yanvar 2022

    “Sevgilim Azərbaycanda yaşamır“ - Pərvin Abıyeva

  • / Maqazin / — 15 Yanvar 2022

    Günay açıq-saçıq fotoları ilə gündəm oldu - FOTO

  • / Maqazin / — 08 Yanvar 2022

    Pərvinin ilham verən saç modelləri... - FOTOLAR

  • / Maqazin / — 07 Yanvar 2022

    “Efirdə daha qəşəng görünürəm“ - Aygün Kazımova

  • / Maqazin / — 04 Yanvar 2022

    Afaq yenə soyundu – FOTOSESSİYA

“Ölkədə ilk dəfə prezident, hökumət seçkiyə müdaxilə etməyib“ - Qırğızıstanın Baş naziri

Tarix 28.11.21, 10:41

Font ölçüsü : - / +
bitmap-img6


Qırğızıstanda ilk dəfə olaraq prezident administrasiyası və respublikanın Nazirlər Kabineti seçki prosesinə müdaxilə etməyib. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu respublikanın Baş naziri Akılbek Japarov deyib.

"Seçmək və seçilmək hüququmuz var. Ümid edirəm ki, siz layiqli seçim edib öz maraqlarınızı qoruyacaq, iqtisadi yüksəlişə kömək edəcək, pensiyalarınızı və maaşlarınızı artıracaq qanunlar yazacaq deputatlar seçəcəksiniz. Deyə bilərik ki, ölkə tarixində ilk dəfə olaraq prezident administrasiyası, Nazirlər Kabineti seçki prosesinə müdaxilə etməyib. Seçki prosesində sizin məsuliyyətli, balanslı, vətənpərvər vətəndaş mövqeyinizə arxalanıram”, - deyə səsvermədən sonra Nazirlər Kabinetinin sədri bildirib.

Qeyd edək ki, bu gün Qırğızıstanda parlament (Joqorku Keneş) seçkiləri keçirilir. 2021-ci il aprelin 11-də referendumda qəbul edilmiş Konstitusiyaya əsasən, Joqorku Keneşin yeni tərkibi 90 deputatdan ibarət olacaq və qarışıq seçki sistemi ilə 5 il müddətinə seçiləcək.

Seçki Komissiyası 21 partiyanın namizədlərini, həmçinin 287 müstəqil namizədi qeydə alıb.

Ümumilikdə 2 494 seçki məntəqəsi açılıb ki, onlardan 59-u xaricdə, 2 435-i isə ölkə daxilindədir. Parlament seçkilərini 730 xarici müşahidəçi izləyir.

Seçki məntəqələri yerli vaxtla saat 08.00-da açılıb. Səsvermə yerli vaxtla saat 20.00-da başa çatıb.

Qırğızıstanda 3 milyon 703 min 420 vətəndaşın səsvermə hüququ var.

Nazirlər Kabinetinin sədri Bişkekdə, 71 saylı orta internat məktəbinin binasında yerləşən 1142 saylı seçki məntəqəsində parlament seçkilərində səs verib.



Xəbərin oxunma sayı : 886

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap