Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Mənimlə hələ çox əziyyət çəkəcəksiniz” - Lukaşenko ölməyə hazırlaşmadığını bildirib

Tarix 23.05.23, 23:32

Font ölçüsü : - / +
bitmap-img6


Belarus Prezidenti Aleksandr Lukaşenko internetdə onun xəstəliyi ilə bağlı fərziyyələri şərh edərkən bu cür mülahizələrə son qoymağa çağırıb və ölməyə hazırlaşmadığını vurğulayıb.

“Report” BELTA-ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısı səhiyyənin aktual məsələlərinə dair müşavirədə danışıb.

Belarus Prezidenti adenovirusa yoluxduğunu açıqlayıb: “Əgər kimsə mənim öləcəyimi düşünürsə, sakitləşsin. Sakit olun. Bu, messencerlərdə və teleqram kanallarında boş fikir yürütməkdən başqa bir şey deyil. Adenovirus ya nə idi onun adı? Adenovirus”.

O əlavə edib ki, iş qrafiki çox olduğundan müalicə olunmaq imkanı olmayıb və “hər şey üst-üstə yığılıb”.

“Ona görə də, uşaqlar, mən öləsi deyiləm. Siz hələ çox uzun müddət mənimlə əziyyət çəkəcəksiniz”, – Lukaşenko xəbərdarlıq edib.

Xatırladaq ki, Lukaşenko mayın 9-da Moskvaya səfər etdikdən sonra bir neçə gün ictimaiyyət qarşısına çıxmayıb.



Xəbərin oxunma sayı : 817




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap