“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“İran nüvə sazişi ilə bağlı Vaşinqtonla danışıqlara hazırdır“ - Tehran

Tarix 09.07.24, 8:47

Font ölçüsü : - / +
bitmap-img6

 
"İran Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) bərpası və Tehrana qarşı sanksiyaların ləğvi ilə bağlı ABŞ ilə danışıqlar üçün diplomatik kanalları açıq saxlayır".

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bəyan edib.

O əlavə edib ki, Tehranla Vaşinqton arasında birbaşa olmayan danışıqlar artıq baş tutub və lazım olduqda təfərrüatı açıqlayacağı vədini verib.

Kənaninin sözlərinə görə, İranın 2024-cü ilin mayında həlak olmuş sabiq prezidenti İbrahim Rəisinin qoyduğu təməl sayəsində Tehran gələcək danışıqlar üçün yaxşı vəziyyətdədir.

"Seçilmiş hökumət bu nailiyyətlərə, xüsusilə də İranın nüvə proqramı və sanksiyaların ləğvi ilə bağlı məsələlərdə danışıqlara əsaslanacaq", - deyə İran XİN-in nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, İranda prezident seçkisində Parlamentin keçmiş deputatı Məsud Pezeşkian qalib gəlib. O, yeganə islahatçı namizəd olub. Pezeşkian nüvə sazişinin bərpasının tərəfdarıdır və bildirir ki, İran Qərb ölkələri ilə dialoq qurmalı, həmçinin Tehranla Vaşinqton arasında münasibətlər yaranmalıdır.//Oxu.az



Xəbərin oxunma sayı : 721




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap