“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“İrana hücum hələlik təxirə salınıb” - Benyamin Netanyahu

Tarix 08.06.26, 23:05

Font ölçüsü : - / +
bitmap-img6


İsrail Baş naziri Benyamin Netanyahu ölkəsinin İrana qarşı genişmiqyaslı cavab zərbələrini hələlik təxirə saldığını elan edib.

BBC xəbər verir ki, İsrail hökumətinin rəhbəri bu barədə xalqa televiziya vasitəsilə müraciətində bildirib.

İran və “Hizbullah” qruplaşmasının hazırda tarixin ən zəif dövrünü yaşadığını iddia edən Netanyahu mübarizənin hələ bitmədiyini vurğulayıb:

“Hazırda münaqişə nəzarət altına alınıb, çünki İsrail İranın raket zərbələrinə lazımi cavabı verib. Lakin onlarla mübarizəmiz hələ bitməyib. İran və “Hizbullah” indi əvvəlkindən daha zəifdir, biz isə əvvəlkindən daha güclüyük. Bir daha söz verirəm ki, İran heç vaxt nüvə silahı əldə edə bilməyəcək”.

Baş nazir Tehranın hərbi addımlarını diqqətlə izlədiklərini və yeni bir hücum dalğası olacağı təqdirdə ordunun dərhal hərəkətə keçəcəyini bəyan edib:

“Əgər İran böyük bir səhvə yol verib bizə yenidən hücum edərsə, onlara daha qətiyyətli və amansız şəkildə cavab verəcəyik. İsrailin tam özünümüdafiə hüququ var və biz lazım gəldikdə bu hüquqdan sonuna qədər istifadə edirik”.

Netanyahu çıxışında bazar günündən bəri regional gərginliyin artması fonunda ABŞ Prezidenti Donald Trampla apardığı intensiv telefon danışıqlarına da toxunub. Ağ Evin prosesi dayandırmaq cəhdlərini nəzərə alan İsrail lideri, hücum planlarının müvəqqəti olaraq dondurulduğunu işarə edib.



Xəbərin oxunma sayı : 1648




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap