Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO
Axtar
 
  • / Sosial / — 13 Yanvar 2025

    Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

Çörək bahalaşa bilər? - Ekspert

Tarix 12.09.24, 11:03

Font ölçüsü : - / +
bitmap-img6


Qazaxıstan və Rusiyada taxıl sahəsində yaranan qıtlıq, bu ölkələrdən Azərbaycana buğda idxalında yarana biləcək məhdudiyyətlərlə əlaqədar çörəyin qiymətinin bahalaşacağı deyilir. Bir müdət əvvəl isə Azərbaycanda unun topdansatış qiymətinin son aylarla müqayisədə aşağı düşdüyü üçün çörəyin ucuzlaşacağı gözlənilirdi.

Məsələ ilə bağlı Axar.az-a danışan iqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, dünya bazarında, o cümlədən regionda baş verən proseslər iqtisadi qeyri-müəyyənlikləri artırır.

"Təbii olaraq, hər bir ölkə çalışır ki, ilk növbədə mühüm əmtəə qrupları üzrə daxili bazarını qorusun, lazım olan həcmdə məhsul çıxarsın. Bizim Rusiya və Qazaxıstanla kifayət qədər dayanıqlı ticarət əməkdaşlığımız var. Bu bizim daxili bazarın taxıl ilə təminatı nöqteyi-nəzərdən sabitliyin qorunmasına şərait yaradır. Amma Qazaxıstanda da, Rusiyada da buğda ixracı ilə bağlı müəyyən məhdudiyyətlər vaxtaşırı olur və belə olan halda qiymətlərə təsiri gözləniləndir”, - o qeyd edib.

Ekspertin fikrincə, dövlət müvafiq vergi yumşalmaları, gömrükdəki rüsumların azaldılması, sıfırlanması hesabına strateji məhsulların qiymətlərinin sabit saxlanılması üçün bəzi tədbirlər görür:

"Amma yenə də idxaldan asılılıq mütləq şəkildə bazardakı qiymətlərin qeyri-müəyyənliyini şərtləndirir. Düşünürəm ki, payız-qış aylarında ənənəvi olaraq çörəyə tələbin artması qiymətlərə müvafiq təzyiq göstərəcək. Biz lazımi ehtiyat fondunu təmin etsək, ən azı yaxın perspektivdə çörəyin qiymətinin sabit saxlanılması mümkün olar. Eyni zamanda davamlı şəkildə çörək istehsalçılarının daha əlverişli şərtlərlə kredit resurslarına çıxışlarını təmin etməliyik. Çünki son nəticədə kreditin baha olması bilavasitə qiymətlərə öz təsirini göstərir”.



Xəbərin oxunma sayı : 721




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap