![]() |
|














“Ermənistanın beynəlxalq hüquqdan danışması absurddur“ - Bakıdan Mirzoyanın cavabı verildi
Tarix 08.01.25, 22:03 |
|

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın 8 yanvar 2025-ci il tarixli mətbuat konfransında “Qərbi Azərbaycan İcması” və ümumilikdə indiki Ermənistan ərazisindən azərbaycanlıların deportasiyası ilə bağlı səsləndirdiyi iddialar Ermənistan tərəfindən tarixin saxtalaşdırılmasıdır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən mətbuat konfransı zamanı “Qərbi Azərbaycan İcması” ilə bağlı səsləndirdiyi iddialara dair şərhində deyilir.
Ermənilərin son iki yüz il ərzində kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması tarixi faktdır. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib, 2000-dən çox toponimlərin adları dəyişdirilib. Yalnız 1948-1953-cü illər ərzində 150 minə yaxın azərbaycanlı indiki Ermənistan ərazisində öz tarixi torpaqlarından kütləvi surətdə və zorakılıqla deportasiya olunub. Bununla yanaşı, 1987-1991-ci illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından növbəti deportasiyası baş verib, nəticədə 250 mindən artıq azərbaycanlı Ermənistandan qovulub. Bütün bunları sübut edən tarixi və hüquqi sənədlər mövcuddur.
Sonuncu deportasiya zamanı, guya azərbaycanlılara qarşı kompensasiya ödənildiyi, onların könüllü şəkildə əraziləri tərk etdikləri barədə Ermənistan xarici işlər nazirinin iddiaları da tamamilə əsassızdır. Yalnız 1987-1991-ci illərdə etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi 216 nəfər azərbaycanlının qətlə yetirilməsi faktları bir daha sübut edir ki, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nə dərəcədə əzabla və qanla həyata keçirilib.
Qeyd edilənlər xüsusunda, Ermənistanın Azərbaycanın “Qərbi Azərbaycan İcması” ifadəsindən istifadə olunmasını “beynəlxalq hüquq pozuntusu”, “ərazi iddiası” kimi təqdim etməsi riyakarlıqdır. Ermənistan rəsmilərinin azərbaycanlıların öz torpaqlarına qayıdış hüququnu müxtəlif bəhanələrlə təkzib etməsi, Azərbaycan ərazilərini “erməniləşdirmək” və Azərbaycanlıların geri qayıdışına hər vəchlə mane olmaq məqsədinin açıq-aşkar nümunəsidir.
Azərbaycanlıların bölgədə mövcudluğunu problem kimi təqdim etmiş, azərbaycanlılara qarşı etnik təmizləməni və Azərbaycan ərazilərinin işğalını “600 illik problemin həlli” olduğunu bildirmiş keçmiş Ermənistan prezidenti Levon Ter-Petrosyanın və sonrakı digər erməni liderlərinin səsləndirdikləri fikirlər və yürütdükləri siyasət göstərib ki, irqçi-şovinist milli məfkurəsi hər zaman Ermənistanın ideoloji təmayülünü təşkil edib.
Qeyd edilənlərlə yanaşı, 2020-ci il müharibəsindən sonra Azərbaycanda silahlı qüvvələrini çıxarmaqdan imtina etmiş, erməni sakinlərin yerləşdiyi ərazilərdə hərbiləşmə siyasətini və qeyri-qanuni fəaliyyətini davam etdirmiş, erməni sakinlərin Azərbaycana reinteqrasiyası prosesinə mane olmuş Ermənistanın indi beynəlxalq hüquqdan danışması absurddur.
Ermənistan tərəfi indiki Ermənistan ərazisində öz doğma torpaqlarından zorla qovulmuş “Qərbi Azərbaycan İcmasının” nümayəndələrinin hüquqlarını tapdalamaq və onlarla dialoqun hər vəchlə qarşısını almaq əvəzinə, bu icmanın sülh yolu ilə, ləyaqətli və təhlükəsizlik şəraitində geri qayıdış məqsədli Ermənistanla dialoq çağırışlarına cavab verməlidir. Ermənistanın “etnik uyğunsuzluq” konsepsiyasından və “etnik təmizləmə əsasında monoetnik dövlət titulu”ndan əl çəkib, dinc birgəyaşayışı seçdiyinin praktiki göstəricisi məhz “Qərbi Azərbaycan İcmasının” üzvlərinin öz tarixi torpaqlarına qayıtmasına şərait yaratmaqdan keçə bilər.
Xəbərin oxunma sayı : 1375
Siyasət
Xəbərlər
-
Xarici diplomlar hansı halda tanınmayacaq? - Qərar açıqlanıb
-
“Ya qəlpəni çıxarın, ya da əlillik verin“ - Məhkəmə qərar verdi
-
Zeynal Usubov məhkəmədə ifadə verdi - “Nizami 1,3 milyon dollar pulumu ələ keçirib“
-
“Qəzza planımda fələstinlilərin geri qayıtmaq hüququ yoxdur“ - Tram
-
Bakıda işdən evə gedən qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı
-
Məcnun Məmmədov şərab istehsalı və quşçuluq müəssisələri ilə tanış oldu - Fotolar
-
Əri həbsdən çıxan qadın qonşu kişi ilə gəzdi, oğulları buna şahid oldu – TƏFƏRRÜAT
-
Beyləqan əhalisi keyfiyyətli içməli su ilə təmin olunur - FOTOLAR
-
“Orbita“ uşaq bağçasında azyaşlıya şiddətlə bağlı araşdırma başladı - VİDEO
-
Aybəniz İsmayılovanın atası ilə bağlı sensasion fakt: Qatar rəisi işləyərkən görün nələr edib...
-
Daha bir həkim əməliyyat vaxtı canlı yayım açdı - VİDEO
-
Tramp İrana qarşı oyun qurur - Pezeşkian
-
Ceyhun Bayramov yeni səfiri qəbul edib - Müzakirə + FOTO
-
Bakıda sürücünü hədələyib pulunu ələ keçirən şəxslər tutulub - VİDEO
-
Azərbaycan HHQ hücum təyyarələri ilə təlim-məşq uçuşları keçirib - VİDEO
-
““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - Sakinlər narazıdır + Fotolar
-
Bakıda Roma papasının adına katolik kilsə inşa olunacaq - 665 min manat ayrılıb
-
Təhsil Tələbə Krediti Fondunda - Yeni təyinatlar
-
“Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Anasını söydü, həbs edildi: “İki oğlum məni evimdən çıxarıb“
-
Beyləqanda “Azərişığ”ın 10 yaşı qeyd edildi - Fotolar
-
Maskalanıb evdən 7500 manatlıq qızıl oğurladılar - Video
-
“Netanyahu Qəzzaya 100 milyard dollar təzminat ödəməlidir” - Ərdoğan
-
“Bələdiyyələr nə vaxt icra başçısının qoltuğundan çıxacaq?“ - Deputat
-
Sabah pensiyaların yeni artımlarla birgə ödənişinə başlanılacaq - Nazirlik
-
Əlilliyə görə verilən müavinətlər də artacaq? - AÇIQLAMA
-
İsmayıllıda Aşıqbayramlı su anbarının üzərində restoran tikilir? - Video
-
Sertifikasiyadan keçə bilməyən 1300 müəllim işdən çıxarılıb - Emin Əmrullayev
-
Azərbaycan rusiyalı deputatı “arzuolunmaz şəxs“ elan edib - Ölkəyə girişinə qadağa qoyulub
-
Bakıda iş saatları dəyişəcək - Tətbiq olunacaq QRAFİKLƏR
-
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qanunları necə pozur? - Şok səbəb
-
Nazir özündən əvvəlki nazirləri qınadı: “Yol verilən səhvlərin nəticəsini indi görürük“
-
Ədalət Verdiyevə qarşı ittihamlarından biri götürüldü - Hərbi ekspertin işi məhkəməyə göndərildi
-
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
-
Baş prokuror Xəzər rayonunda vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Dövlət idarələrində çalışanların sayı azalıb - Deputat səbəbləri açıqladı
-
“Müəllimlərin sayı azalacaq, maaşlar yüksələcək” - Nazir
-
“Azərişıq“ əməkdaşları və rəhbər heyyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - FOTO
-
Bir gün Cümhuriyyətçi olurlar, bir gün sovet ideologiyasını tərənnüm edirlər - İqbal Ağazadədən mükəmməl yazı
-
Ərdoğanın Malayziya səfəri başlayıb - Ardınca İndoneziya və Pakistana gedəcək
-
Ukraynanın NATO üzvlüyündən hələlik söhbət getmir - Şolts
-
“51 halda ciddi qanun pozuntusu müəyyən edilib” - Nazir müavini
-
“Mənə 1 manat da çatmayıb” deyən sabiq məmur 130 mini necə ödədi? - ŞOK DETALLAR
-
Türkiyənin Şərqi Anadoludakı gözəlliklərini kəşf edin - FOTOLAR
-
Şri-Lankada bütün ölkə işıqsız qaldı - Meymuna görə
-
Komissiyanın iclasları başlayır - Əfv nəzərdə tutulur
-
Moskvada məşhur klinikanın azərbaycanlı sahibinin qətli qohumu tərəfindən sifariş verilib - TƏFƏRRÜAT
-
“Çin ABŞ-nin dünyada hökmranlığını sarsıtmaq istəyir“ - Pit Heqset
-
Balıq məhsullarının satışı üzrə yeni bazarlar təşkil ediləcək - Qiymətlər enəcək?
-
Plastik cərrah Dilqəm Məhərrəmovdan şikayət: Nəfəs ala bilmirəm...
-
Niyə istifadəçilər “Windows 11”dən yayınırlar? - Səbəblər
-
Alman dəqiqliyi harada qaldı? - Səfirlik vətəndaşın pasportunu itirdi
-
Trampın Kanadanı işğal etmək planı yoxdur - Uolts
-
Bölgələrdə xizək kirayəsi neçəyədir? - VİDEO
-
Korrupsiya, narkotik istehsalı, talama: USAID bataqlığı qurudulur
-
Aşırı borclanmamaq üçün kredit kartlarından necə istifadə edək? - ARAŞDIRMA
-
“Moskva Bakı ilə İrəvan arasında uzunmüddətli sülh tərəfdarıdır“ - Rusiya XİN
-
Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA
-
Ərdoğan Trampın cavabını verdi - “Kimsənin gücü yetməz!” + VİDEO
-
Ali məktəblər şəhər kənarına köçürülsün, ya yox? - Araşdırma
-
Hadise bu sözlərinə görə tənqid olunur - VİDEO
-
“Artıq heç kim onlara qulaq asmır“ - İlon Mask
-
Bakıda yol çökdü: Sürücülərdən şikayət - VİDEO
-
Şimali koreyalılar Rusiyaya axışır - ŞOK STATİSTİKA
-
Masazırda çirkab suları avtomobil yollarını keçilməz edib - VİDEO
-
“Barselona“nın qapıçısı baş məşqçi ilə münaqişə yaşadı - Klubu tərk edir
-
ABŞ və Avropa bizi yalnız qoymasa, Putinlə istənilən formatda danışıqlara hazıram - Zelenski
-
Qırmızı diplomun xüsusi üstünlükləri varmı? - VİDEO
-
Elan saytlarında kirayə ev axtararkən nələrə diqqət etmək lazımdır? - VİDEO
-
Moskva yenə beynəlxalq hüququ pozur - Bakı hansı addımları ata bilər?
-
Uşaqlarımız niyə yatmır? - Səbəblər açıqlandı
-
Ardıcıl 7 gün iş olmayacaq - Bu tarixlərdə
-
Keyfiyyətli kərə yağını necə ayırd edə bilərik? - VİDEO
-
Misli Premyer Liqası: “Turan Tovuz“ “Sabah“a uduzdu
-
“Taliban”dan BMT işçilərinə qadağa - Saqqalını qırxan həbs ediləcək
-
“Kənddən Şəhərə” yarmarkası fəaliyyətə başladı - VİDEO
-
Mənzillərin kirayə qiymətləri artıb - VİDEO
-
Türkiyə Ordusu Suriyada əməliyyat keçirib - Dörd terrorçu öldürülüb
-
“Bunu nə təsdiq, nə də təkzib edə bilərəm” - Peskov
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Həvəs üçün samovar və bal yeşiyi oğurladı - Bu cəzanı aldı
-
Azərbaycanda əmək müqaviləsiylə işləyən nə qədər insan var? - 10 ilin statistikası
-
Sabah yollar buz bağlayacaq - Sürücülərə xəbərdarlıq
-
Ermənilərin məscidi spirtli içkilərin içildiyi məkana çevirməsinə etiraz - BƏYANAT
-
Bu zavodun külli miqdarda vergi borcu var - 19 milyon
-
Uşaqlara ən çox bu dini adlar verilib - SİYAHI
-
Sahil Babayev karateçi olub - Maraqlı fotolar
-
Məktəblərdə din tədrisinə ehtiyac varmı? - Açıqlama
-
Rusiya danışıqlara hazır deyil - Volodimir Zelenski
-
Xırdalanda çoxmərtəbəli binada yanğın -10 nəfər bina sakini təxliyə edilib
-
Nazirlik “TAİS-İKF” MMC-dən 10 milyonluq yemək alacaq - Şirkətin adı şagirdlərin zəhərlənməsində hallanırdı
-
Qar yağacaq, yollar buz bağlayacaq - Sabahın havası
-
İraqlı Fevzinin Bakı arzusu - Bu dəfə qayıqla Xəzərdə tutuldu
-
Bakıda yeni yol salınır: Yüzlərlə ağac köçürüləcək (VİDEO)
-
Tramp İrandan danışıb: Mən onları bombalamayacağam
-
Yasamalda yaşayış binasında yanğın olub - Sakinlər təxliyə edilib
-
İTV-nin canlı yayımına haker hücumu oldu - “Təcili tədbirlər görülməlidir”
-
Dələduzluğun yeni növü yayılır xəbərdarlıq - VİDEO
-
Qar, şaxta, duman... - Faktiki hava açıqlandı
-
Müavinət və təqaüdlər nə qədər artırılacaq? - VİDEO
-
Uşaqların həyatı təhlükədə - Bu oyunlar ölümə aparır
-
Trampla Putin telefonla danışdı - Ukraynadakı vəziyyət müzakirə olunub
-
Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
-
“Neftçi” ingiltərəli hücumçunu transfer etdi - FOTO
-
İpoteka imkanları bazara necə təsir edəcək? - VİDEO
-
Ermənistan Azərbaycanla müharibəyə hazırlaşır: Yeni faktlar - VİDEO
-
Ard-arda baş verən səhvlər: Həkimlər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar?
-
“Rusiya ilə diplomatik əlaqələrin bərpası müzakirə mövzusu deyil“ - Kobaxidze
-
Mühərrik söndükdə sürücülər ötürmələr qutusunu özləri xarab edirlər: Nələri etmək olmaz?
-
Ərdoğan Asiya turnesinə çıxır - Bu tarixlərdə
-
Azərbaycanda müəllimlərin iş yükü azalacaq - Açılacaq
-
“Qarabağ“ın ən bahalı və ən ucuz futbolçusu - SİYAHI
-
Türkiyənin Şərqi Anadoludakı gözəlliklərini kəşf edin - FOTO
-
Hüquq müdafiəçiləri prezidentə müraciət etdi - Şahnaz Bəylərqızı ilə bağlı
-
Diqqətli olun: “Chrome“ vasitəsi ilə kompüteriniz ələ keçirilə bilər
-
“NATO-ya qoşulmaq Gürcüstanın gündəliyində deyil“ - KOBAXİDZE
-
“İranın sanksiyalara baxmayaraq, inkişaf edə biləcəyinə əminəm“ - Pezeşkiyan
-
Qonşusunu yolun ortasında öldürmüşdü - Cəzadan azad edildi
-
Abşeron yarımadasında qar yağır - Faktiki hava
TOP 10
ARXİV