Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“İrəvan bizim işimizdə iştirak etmir“ - KTMT-nin Baş katibi

Tarix 28.03.24, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistan son vaxtlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) katibliyinin işində iştirak etməyib, lakin katibliyə İrəvandan üzvlüyün dayandırılması ilə bağlı heç bir rəsmi açıqlama daxil olmayıb.

“Report” xəbər verir ki, bunu KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov Rusiyanın "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.

“Biz, təbii ki, analitiklərimizin və onların əlində olan vasitələrin köməyi ilə Ermənistan ətrafındakı vəziyyəti və Ermənistanla KTMT arasındakı münasibətləri təhlil edirik. Gizlətməyəcəm ki, erməni elitasında müəyyən hadisələr narahatlıq doğurur. Amma biz Ermənistan rəhbərliyinin siyasi ayıqlıq nümayiş etdirəcəyinə və təşkilatla bağlı müxtəlif ssenarilərin həyata keçirilməsi perspektivlərinin düşünülmüş şəkildə qiymətləndirilməsinə ümid edirik. Xüsusi qeyd edim ki, Ermənistan bizim müttəfiqimiz olaraq qalır, bütün mövcud öhdəliklər qüvvədədir”, - o bildirib.

Baş katib KTMT-nin genişləndirilməsinin mümkünlüyünü istisna etməyib və qeyd edib ki, hərbi-siyasi alyansa ehtiyac xeyli artmaqdadır.

Qeyd edək ki, KTMT-yə hazırda Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.



Xəbərin oxunma sayı : 448




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap