Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır

Tarix 26.04.24, 13:24

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ mərkəzli media şirkəti “U.S. News” ölkələrdəki mövcud şəraiti əsas götürərək uşaq böyütmək üçün hansının daha əlverişli olduğunu göstərən reytinq cədvəli hazırlayıb.

Yeniavaz.com xəbər verir ki, şirkətin rəsmi saytında dərc olunan məlumata əsasən, reytinq 17 mindən çox insan arasında aparılan sorğu əsasında hazırlanıb və aşağıdakı meyarlar əsas götürülüb:
- insan haqlarının vəziyyəti;
- ailə mühiti;
- gender bərabərliyi;
- xoşbəxtlik indeksi;
- gəlir nisbəti;
- təhlükəsizlik;
- təhsil imkanları;
- səhiyyənin vəziyyəti.

Qeyd olunub ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, reytinqə başçılıq edən İsveç və Norveç uşaq böyütmək üçün əla ölkələr hesab olunurlar. Belə ki, bu ölkələrin hər biri öz ümumi daxili məhsulunun 1%-dən çoxunu erkən uşaqlıq təhsili və qayğısına xərcləyir.
Reytinqə əsasən, uşaq böyütmək üçün ən yaxşı 5 ölkə bunlardır:
1. İsveç
2. Norveç
3. Finlandiya
4. Danimarka
5. Niderland

87 ölkənin yer aldığı siyahıda Azərbaycan 78-ci yerdə qərarlaşıb.
Reytinq cədvəlində Türkiyə 50, Ukrayna 57, Rusiya 62, Belarus 69 yerdədir. Ermənistan və Gürcüstanın adları reytinq cədvəlindəki ölkələrin sırasında yoxdur.
Siyahıda son beşlik isə belədir:
83. Özbəkistan
84. Myanmar
85. Banqladeş
86. Qazaxıstan
87. İran



Xəbərin oxunma sayı : 1021




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap