“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

59 yaşlı kişi iki nəfəri güllələdi -Şəkidə şok olay

Tarix 04.05.24, 20:48

Font ölçüsü : - / +
bitmap-img6


Şəki rayonu Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlunun ov silahı ilə qətlə yetirilmələri barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan  bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Namik Məmmədov hadisədən sonra özünə xəsarət yetirib. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisənin otlaq sahəsinə görə baş verməsi məlum olub.

Belə ki, 1965-ci il təvəllüdlü Namik Məmmədov torpaq sahəsində mal qara otarmaqda günahlandırdığı Azər Sədiyevlə mübahisə edib. Mübahisəyə onların həmkəndlisi İsrafil Məmmədsoy da qoşulub. Yaranmış münaqişə səbəbindən Namik həmkəndlilərini güllələyərək öldürüb. Qətlə yetirilən şəxslərdən İ.Məmmədsoy Baş Şabalıd kəndində yerləşən tibb məntəqəsinin müdiri vəzifəsində çalışırmış. Hadisədən sonra Namik Məmmədov özünə xəsarət yetirib və xəstəxanaya çatdırılıb.

Qətlə yetirilən şəxslərdən İsrafil Məmmədsoyun fotosunu təqdim edirik.









Xəbərin oxunma sayı : 1333




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap