“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

““WhatsApp”ı telefonumdan həmişəlik siləcəyəm” – Maduro

Tarix 06.08.24, 10:13

Font ölçüsü : - / +
bitmap-img6


Venesuela Prezidenti Nikolas Maduro “WhatsApp” messencerindən həmişəlik istifadəni dayandıracağını, “Telegram” və “WeChat” xidmətlərinə keçəcəyini vəd edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Maduro onu dəstəkləmək üçün Karakas küçələrində yürüş edən tərəfdarlarının mitinqində leysan yağış altında çıxış edərkən deyib.
““WhatsApp”dan Venesuelanı təhdid etmək üçün istifadə edildiyi üçün “WhatsApp”la münasibətimi kəsəcəyəm. “WhatsApp” tətbiqini telefonumdan həmişəlik siləcəyəm. Kontaktlarımı tədricən “Telegram” və “WeChat”a köçürəcəyəm”, - Maduro deyib.
Maduro həmçinin “Venezolana de Television” tərəfindən yayımlanan çıxışında “WhatsApp”da cinayətkarların gəncləri və Venesuela liderlərini hədələdiklərini bildirib.
“Bunu mütləq etmək lazımdır. “WhatsApp” Venesueladan çıx! Çünki orada cinayətkarlar gəncləri və Venesuela liderlərini hədələyirlər”, - Maduro əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Nikolas Maduro “TikTok” və “Instagram”ı ölkədə nifrət yaratmaqda ittiham edib. O qeyd edib ki, “TikTok”da Venesuelanın hazırkı hökumətinin tərəfdarlarına qarşı zorakılıq çağırışları olan videolar geniş yayılıb.



Xəbərin oxunma sayı : 874




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap