“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Zorakılığa və ədalətsizliyə boyun əyməyəcəyik“ - Pezeşkian

Tarix 10.10.26, 14:06

Font ölçüsü : - / +
bitmap-img6


İran Prezidenti Məsud Pezeşkian ölkənin gücünün və ləyaqətinin elmi tərəqqidən asılı olduğunu bildirib.

IRNA xəbər verir ki, Pezeşkian bunu Kərəcdə 2026–2027-ci kənd təsərrüfatı ilinin başlanmasına həsr olunmuş mərasimdə deyib.

“Zorakılığa və ədalətsizliyə boyun əyməyi qəbul etməyəcəyik. Lakin elm və bilik olmadan güc və ləyaqət qazanmaq mümkün deyil. Bilikdən məhrum olduğumuz halda böyük bəyanatlar səsləndirə bilmərik”, – İran prezidenti vurğulayıb.

Pezeşkian bildirib ki, hökumət daxili imkanlara və idarəçilərinə güvənərək maneələri aşmağa çalışıb.

“Qarşımıza maneələr çıxardılar, amma biz möhkəm dayandıq və irəliləmək üçün yol açıldı”, – o qeyd edib.

Prezidentin sözlərinə görə, ortaq məqsəd və qətiyyət, həmçinin məhsuldarlığın artırılması sanksiyaların yaratdığı çətinlikləri aşmağa kömək edə bilər.

Pezeşkian su və torpaq ehtiyatlarından daha səmərəli istifadə edilməsinin, kənd təsərrüfatında müasir texnologiyaların tətbiqinin vacibliyini vurğulayıb. O, rəhbər şəxsləri alim və mütəxəssislərin biliklərindən, eləcə də uğurlu beynəlxalq təcrübədən yararlanmağa çağırıb.

İran prezidenti qərarların elmi sübutlara, məntiqə və əsaslandırılmış arqumentlərə söykənməli olduğunu bildirib. (Modern.az)



Xəbərin oxunma sayı : 145




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap