“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Məktəblərdə elektron sistemlər yenilənir - MİLYONLUQ LAYİHƏ

Tarix 09.10.26, 13:52

Font ölçüsü : - / +
bitmap-img6


Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi istifadədə olan rəqəmsal platformaların təkmilləşdirilməsi, müvafiq modulların genişləndirilməsi və məlumatların inteqrasiyası xidmətləri göstərəcək.

Plat.az xəbər verir ki, layihənin 912 min manata başa gələcəyə nəzərdə tutulur.

İşlər çərçivəsində “Rəqəmsal məktəb” platformasında yeni modullar yaradılacaq, mövcud platforma və onun mobil tətbiqi təkmilləşdiriləcək.

Bundan başqa, ümumi təhsil pilləsi üzrə “Elektron jurnal və gündəlik” platformasının (jurnal.edu.az) və mobil tətbiqinin təkmilləşdirilməsi, yeni modulların əlavə edilməsi nəzərdə tutulur. Elektron jurnalın dizaynı da “Rəqəmsal məktəb” platformasına uyğunlaşdırılacaq.

Layihəyə həmçinin nostrifikasiya portalının, “Xaricdə Təhsil Dövlət Proqramları çərçivəsində vahid platforma”nın, edu.gov.az portalının və peşə təhsili üzrə informasiya sisteminin (pts.edu.az) təkmilləşdirilməsi daxildir. Peşə, ümumi, ali və orta ixtisas təhsili üzrə elektron sənədlərin müvafiq bazalara ötürülməsi, eləcə də diplom və attestatların MyGov platformasına inteqrasiyası da həyata keçiriləcək.



Xəbərin oxunma sayı : 181




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap