“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Bu gün Bakıya güclü yağış yağacaq - Sel riski olan ərazilər açıqlandı

Tarix 09.10.26, 13:02

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda və Abşeron yarımadasında güclü yağış, şimşək və bəzi ərazilərdə leysan gözlənilir. Bir sıra çaylarda sululuğun artacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur.

AzFakt.com xəbər verir ki, oktyabrın 9-u gündüzdən 10-u axşamadək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntı leysan xarakterli olacaq, şimşək çaxacaq. Oktyabrın 9-u axşamdan 10-u səhərədək yağışın intensiv və güclü olacağı ehtimal edilir.

Azərbaycanın rayonlarında da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə intensiv leysan, şimşək və dolu gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı, oktyabrın 10-da gündüz bəzi şərq rayonlarında yağıntıların qısa müddətə güclənəcəyi ehtimal olunur. 

Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı bildirilir. Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin, eləcə də Naxçıvan Muxtar Respublikasının bəzi çaylarından qısamüddətli daşqın və sel keçməsi istisna edilmir.



Xəbərin oxunma sayı : 574




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap